KORLUQ
□ Korluq vermək – 1) başqasını incitmək, əziyyət vermək. Qonşuya korluq vermək;
2) sıxıntı vermək, lazımi qaydada baxmamaq.
Korluq etmək dan. – müəyyən müddət üçün hazırlıq görmək, azuqə toplamaq. Taxıl korluq etmək. Ağac (odun) korluq etmək.
Korluq çəkmək – ehtiyacda olmaq, sıxıntı çəkmək, zillət çəkmək, ağır günlər keçirmək, əziyyət çəkmək. Sudan korluq çəkmək. Paltardan korluq çəkmək.
Korluğunu çəkmək – birinin olmamasından mənəvi əzab hiss etmək, birinin intizarında olmaq, həsrətini çəkmək.
KORLUQ nədir? – KORLUQ nedir? – KORLUQ sözünün mənası – KORLUQ sozunun menasi – KORLUQ nə deməkdir? – KORLUQ ne demekdir? – KORLUQ sözünün izahı – KORLUQ sozunun izahi – KORLUQ sözünün istifadəsi – KORLUQ sozunun istifadesi