KÖMƏK
1. Birinin qarşılaşdığı çətinlikləri, sıxıntıları yüngülləşdirmək üçün görülən iş, hərəkət; yardım.
□ Kömək diləmək (istəmək) – başqasından yardım istəmək, başqasının yardımına ehtiyacı olmaq. Atasından kömək diləmək.
Kömək etmək (eləmək) – yardım etmək, yardım göstərmək. Yoldaşına kömək etmək. Geridə qalanlara kömək etmək.
Kömək görmək – başqasının köməyi dəymək, yardımı olmaq.
Köməyi dəymək (çatmaq) – bax kömək etmək (eləmək). Birinə köməyi dəymək. Qonşuya köməyi çatmaq.
Köməyi olmaq – 1) bax köməyinə çatmaq (qoşmaq, yetişmək). [Qərib:] Əgər mövlam mənə kömək olarsa; Ağlama, sevgilim, yenə gələrəm. “Aşıq Qərib”;
2) bir şey edə bilmək, təsiri olmaq.
Köməyinə çatmaq (qoşmaq, yetişmək) – darda qalan, çətinliyə düşən adama kömək etmək, yardım göstərmək, əlindən tutmaq. Yoldaşının köməyinə çatmaq.
2. O biri hissələri gücləndirmək üçün ayrılan hissələr, əlavə qoşun hissələri.
3. məc. Arxa, himayəçi, havadar, yardım edən adam. Oğul atanın köməyidir.
□ Kömək olmaq (çıxmaq) – birinə arxa, havadar olmaq, birini himayə etmək. Yoldaşına kömək çıxmaq.
KÖMƏK nədir? – KÖMƏK nedir? – KÖMƏK sözünün mənası – KÖMƏK sozunun menasi – KÖMƏK nə deməkdir? – KÖMƏK ne demekdir? – KÖMƏK sözünün izahı – KÖMƏK sozunun izahi – KÖMƏK sözünün istifadəsi – KÖMƏK sozunun istifadesi