KÖK₁
1. Bitkilərin torpaq altında olan, suyu soran və onları qidalı maddələrlə qidalandıran yarpaqsız hissəsi; rişə. Ot öz kökü üstündə bitər. ( Ata. sözü ).
// Bitkilərin müəyyən məqsəd üçün qazılıb çıxarılan yeraltı hissəsi. Biyan kökü. Tikan kökü.
// Kökümeyvəli bitkilərin ərzaq kimi işlədilən yeraltı hissəsi (kartof, soğan və s.).
2. Sarı, sarı-qırmızı, qara rəngli kökümeyvəli bitkilərdən birinin adı; yerkökü. Bazardan kök almaq. Kök şirəsi.
3. Saçın, dişin və s.-nin bədənin içində olan hissəsi. Diş kökü. Saçın kökü.
// Bədən üzvünün bədənlə birləşən yeri, dib qismi. Dilin kökü.
4. məc. Nəsil, əsil-nəsəb, mənşə.
5. dilç. Sözün önlük və şəkilçiləri çıxdıqdan sonra qalan hissəsi. Sözün kökü. Bir kökdən ibarət sözlər.
6. riyaz. Müəyyən dərəcəyə qaldırdıqda yeni bir kəmiyyət alınan ədəd. Kvadrat kök.
7. məc. Əsas səbəb, əsas illət. Məsələnin (işin) kökü.
8. Kökündən şəklində – 1) əsla, qətiyyən.
2) tamamilə, yerli-dibli. Həyat kökündən dəyişmişdir.
◊ Kök aparmaq – bax kök salmaq 2-ci mənada.
Kök atmaq – 1) bitkilərin torpaq altında olan hissəsində köklər əmələ gəlmək; rişələnmək, yayılmaq. Elə bil ki, Dəmirçioğlu yüzillik bir ağac olub yerə kök atmışdı. “Koroğlu”;
2) məc. bir yerdə törəyib artmaq.
Kök salmaq – 1) bax kök atmaq.
2) məc. yer tutmaq, möhkəmlənmək, möhkəm və həmişəlik yerləşmək. Əl yarası tez gedər; Kök salar dil yarası. ( Ata. sözü ).
Kökü (kökünüz, kökləri) kəsilsin! – qarğış, nifrin ifadəsi.
Onların, görüm, kökləri kəsilsin! Kökü kəsilmək – 1) tamamilə yox edilmək, məhv edilmək, puç edilmək; yox olmaq.
2) tələf olmaq, mövcud olmamaq, nəsli kəsilmək.
Kökündən vurmaq – 1) dibindən kəsmək, görünməz etmək, yox etmək. Saçını kökündən vurmaq;
2) məc. tutarlı söz demək, kəsərli cavab vermək.
Kökünə çatmaq – əsasını, mahiyyətini bilmək, dərindən öyrənmək, künhünə varmaq.
Kökünü (yer üzündən) kəsmək – tamamilə, bir daha törəməyəcək şəkildə yox etmək, məhv etmək.
Kökünü qazımaq – 1) bax kökünü kəsmək.
2) məc. əleyhinə iş görmək, zərərinə işləmək.
KÖK₁ nədir? – KÖK₁ nedir? – KÖK₁ sözünün mənası – KÖK₁ sozunun menasi – KÖK₁ nə deməkdir? – KÖK₁ ne demekdir? – KÖK₁ sözünün izahı – KÖK₁ sozunun izahi – KÖK₁ sözünün istifadəsi – KÖK₁ sozunun istifadesi