KÖÇ
1. Bir yerdən başqa yerə köçən adam qrupu, qafilə.
□ Köç yolu – köçərilərin, yaxud çöl heyvanlarının, sürülərin saldığı, keçdiyi yol. Köç yolu ilə getmək. Köç yoluna çıxmaq.
// Köçmə işi.
2. Bir yerdən başqa yerə köçən adamların qablaşdırılmış, bir yerə yığılmış ev şeyləri, müxəlləfatı. Köçü maşına yükləmək. Köçü daşımaq.
□ Köç etmək (eləmək) – bax köçmək 1-ci mənada.
Köç üstə (üstündə) – köçmək üzrə, köç vaxtı, köçmək ərəfəsində.
Köç iti (kimi) – 1) köçü qorumaq üçün saxlanan it;
2) məc. birisindən daim aralanmayan, əl çəkməyən adam haqqında.
// Köçlərin müvəqqəti dayandığı yer, köçəri alaçıqları, köçəri obası. Köçə yaxınlaşmaq.
□ Köç düşmək – köçərilərin köçü dayanmaq, bir yerdə müvəqqəti yurd salmaq.
3. məc. Ölüm mənasında.
KÖÇ nədir? – KÖÇ nedir? – KÖÇ sözünün mənası – KÖÇ sozunun menasi – KÖÇ nə deməkdir? – KÖÇ ne demekdir? – KÖÇ sözünün izahı – KÖÇ sozunun izahi – KÖÇ sözünün istifadəsi – KÖÇ sozunun istifadesi