KİTAB
1. Üzərində hər hansı bir mətn olan vərəqlərin bir araya gətirilərək tikilib cildlənmiş nəşriyyat növü.
// Əlyazması şəklində olan bu cür əsər. Qalın kitab. Böyük kitab.
// Ayrıca çap olunmuş və ya çapa hazırlanmış böyük, ya kiçik həcmli əsər. Kitab yazmaq. Kitab nəşr etmək. Maraqlı kitab. Kitabın müəllifi.
□ Kitab palatası – Azərbaycanda mərkəzi biblioqrafiya idarəsinin adı.
2. Hər cür yazı üçün cildə tikilmiş kağız vərəqləri. “Qılınc və qələm” romanı iki kitabdan ibarətdir.
□ Kitab dili – canlı dildən fərqli olaraq yazılı ədəbi dil üçün səciyyəvi olan dil, üslub.
◊ Kitab açdırmaq din. – Quranla fala baxdırmaq.
Kitab açmaq din. – Quranla fala baxmaq.
Kitab bağlamaq – tərifnamə yazmaq, mədh etmək. Adına kitab bağlamaq.
Kitab bağlanmaq – sona çatmaq, sona yetmək, iş bitmək.
Kitab əhli – bax əhli-kitab (“əhl”də).
Kitaba baxmaq – bax kitab açmaq.
Kitaba əl basmaq din. – Qurana and içmək.
Kitabı bağlanmaq – axırı olmaq, sonu çatmaq, işi bitmək, qurtarmaq. Artıq kitabı bağlandı.
KİTAB nədir? – KİTAB nedir? – KİTAB sözünün mənası – KİTAB sozunun menasi – KİTAB nə deməkdir? – KİTAB ne demekdir? – KİTAB sözünün izahı – KİTAB sozunun izahi – KİTAB sözünün istifadəsi – KİTAB sozunun istifadesi