KİSƏ
1. Un, buğda, düyü və b.
səpələnən, dağılan şeyləri saxlamaq və ya bir yerdən başqa yerə aparmaq üçün qab – torba.
// İçinə pul və s. qoymaq üçün kiçik torba, kisəcik. Pul kisəsi. Bir kisə xına.
2. Cib mənasında.
3. Yuyunarkən bədəndən çirki çıxartmaq üçün cod parçadan tikilən və ələ keçirilən torbacıq.
□ Kisə çəkdirmək – hamamda kisəçiyə kisə ilə bədəninin çirkini çıxartdırmaq.
Kisə çəkmək – kisə çəkərək bədənin çirkini çıxartmaq.
4. zool. Kisəli heyvanların qarınları altında olan kisəyə oxşar boşluq (balaları bunun içində böyüyüb yetişirlər).
◊ Kisədən getmək – zərər dəymək, əldən çıxmaq.
Kisəsindən getmək – itirmək, əldən çıxmaq. O, kisəmizdən getdi. –
…kisəsinə daş atmaq – qəsdən pullarını xərclətmək, qurtarmaq.
Kisəsini doldurmaq – hər vasitə ilə varlanmaq, cibini doldurmaq.
KİSƏ nədir? – KİSƏ nedir? – KİSƏ sözünün mənası – KİSƏ sozunun menasi – KİSƏ nə deməkdir? – KİSƏ ne demekdir? – KİSƏ sözünün izahı – KİSƏ sozunun izahi – KİSƏ sözünün istifadəsi – KİSƏ sozunun istifadesi