KİM₁
1. Cümlədə sual mənasında işlənib, insan adlarını və insan təsəvvürü verən varlıqların adlarını əvəz edir; hansı adam.
2. İki və daha artıq cümləni qarşılaşdırdıqda bölgü bildirmək üçün işlədilir. Kim ölə, kim qala. ( Ata. sözü ).
Görüşən, ayrılan kim, vidalaşan kim. Mir Cəlal.
3. İnkarlıq bildirən fellərlə işlənib, “heç kəs” sözünü əvəz edir.
4. “Hər kəs” sözünü əvəz edir.
Xıdırlı kəndində bir qayda var.
5. “Adam”, “tanış”, “qohum”, “dost” mənalarında işlənib, inkar feli cümlələrdə təsdiq, təsdiq feli cümlələrdə inkar məzmunu yaradır.
6. Cümlədə müəyyən şəxslər haqqında eyham və işarə məzmunu ifadə edir (əsasən cəmdə işlədilir).
7. Kimlərdənsən, kimlərdəndir və s. şəklində – “hansı nəsildənsən” (“nəsildəndir”), “qohumların (qohumları) kimdir” və s. mənalarında sual məqamında işlədilir. Ay bala, kimlərdənsən? Qız kimlərdəndir?
◊ Heç kim – heç kəs, heç kimsə.
Hər kim – hər kəs.
Kim bilsin (bilə, bilir) – “heç kəs” mənasında ara söz kimi işlədilir.
Kim ki – o şəxs ki, o adam ki.
Kim kimədir! – hərc-mərclikdir, qarışıqlıqdır, dolaşıqlıqdır, özbaşınalıqdır. [Atasının dostu:] Bəlkə bir növlə dükanımızı əldə saxlayaq.
KİM₁ nədir? – KİM₁ nedir? – KİM₁ sözünün mənası – KİM₁ sozunun menasi – KİM₁ nə deməkdir? – KİM₁ ne demekdir? – KİM₁ sözünün izahı – KİM₁ sozunun izahi – KİM₁ sözünün istifadəsi – KİM₁ sozunun istifadesi