KARVAN
1. Bir-birinin ardınca sıra ilə hərəkət edən yüklü heyvan (əsasən dəvə) dəstəsi (qatarı); qafilə. İt hürər, karvan keçər. ( Ata. sözü ).
□ Karvan bağlamaq – sıraya düzülmək, dəstə düzəltmək.
Karvan çapmaq (vurmaq, soymaq, dağıtmaq, kəsmək) köhn. – yoldan gəlib keçən yüklü karvanları soymaq, soyğunçuluq etmək.
Karvan çəkmək – karvanı idarə etmək, karvana başçılıq etmək.
Karvan yolu köhn. – keçmişdə karvanların işlədiyi yol.
2. məc. Toplu halında bir-birinin ardınca, sıra ilə hərəkət edən şeylər haqqında. Təyyarə karvanı. Maşın karvanı. Gəmi karvanı.
3. məc. klas. Gəlib keçən şey haqqında (“bu dünyadan köçmə” mənasında).
KARVAN nədir? – KARVAN nedir? – KARVAN sözünün mənası – KARVAN sozunun menasi – KARVAN nə deməkdir? – KARVAN ne demekdir? – KARVAN sözünün izahı – KARVAN sozunun izahi – KARVAN sözünün istifadəsi – KARVAN sozunun istifadesi