is. [
fars. ]
1. bax
kamança.
Nə qədər dərdlidir o qırıq kaman; Şikayət eyləyir öz dünyasından. S.Vurğun.
Söylədik qan ağlayan Araza dərdimizi. S.Rüstəm.
Sular üstə yayılır; Tar səsi, kaman səsi. İ.Səfərli.
2. Oxatan yay.
Ox atılır, sanki kaman səslənir; Saheyi-meydanda vurur tək səbir. M.Ə.Sabir.
Nişançılar dərhal kamanlarını çiyinlərindən çıxarıb, xurma ağacları içərisinə yüyürdülər. Ə.Məmmədxanlı.
◊ Kaman kimi əyilmək məc. – beli əyilmək (bükülmək), ikiqat olmaq.
Kaman kimi (tək) əymək məc. – belini əymək.
Eləmi deyər məni; Yadlara deyər məni; Ayrılıq uzun olsa; Kamantək əyər məni. (Bayatı).
Kamana dönmək – bax kaman kimi əyilmək.
Əziziyəm çəkməkdən; Qəlyan alıb çəkməkdən; Qəddim kamana döndü; Qürbət dərdi çəkməkdən. (Bayatı).
Qaşı kaman şair. – bax kamanqaş(lı).
Qaşları kaman, ay qız; Apardın iman, ay qız; Dedim, hara gedirsən? Oldun bədgüman, ay qız! (Bayatı).
Müjganların oxdu, qaşların kaman; Gözlərin qəsd edər cana, Gülpəri! Aşıq Ələsgər.
[Sultan bəy:] Aman, aman, oy, qaşı kaman, oy! Gəl alım, maralım, dilbilməz! Ü.Hacıbəyov.