KƏŞF
1. Əvvəlcə məlum olmayan bir şeyi tapıb meydana çıxarma. İbtidai insanlar tərəfindən odun kəşfi. Amerikanın kəşfi. Yeni neft yataqlarının kəşfi.
// Tədqiqat, axtarışlar nəticəsində tapılmış, aşkara çıxarılmış şey. Elmi kəşf. Texnika sahəsində yeni kəşf.
Kəşf etmək – tədqiqat, axtarışlar, müşahidələr nəticəsində tapmaq, aşkar etmək, meydana çıxartmaq, açmaq, müəyyən etmək.
// məc. Bilmək, duymaq, hiss etmək, başa düşmək.
Kəşf qılmaq köhn. – axtarıb tapmaq, müəyyən etmək.
Kəşf olmaq – aşkar olmaq, açılmaq, məlum olmaq.
2. Kəşfiyyat.
KƏŞF nədir? – KƏŞF nedir? – KƏŞF sözünün mənası – KƏŞF sozunun menasi – KƏŞF nə deməkdir? – KƏŞF ne demekdir? – KƏŞF sözünün izahı – KƏŞF sozunun izahi – KƏŞF sözünün istifadəsi – KƏŞF sozunun istifadesi