KƏBİN
1. Evlənmə əsnasında kişi (oğlan) tərəfindən qadına (qıza) vəd edilən nikah bahası; başlıq, mehr.
Arvad bədbəxt olub atası evində qalardı.
2. İzdivac, nikah; evlənmənin qanuni şəklə salınması.
□ Kəbin kağızı – kəbin şərtlərinin yazıldığı kağız, evlənmə haqqında şəhadətnamə.
Kəbin kəsdirmək – evlənməsini müvafiq mərasimlə qanuni şəklə saldırmaq.
Kəbin kəsmək – evlənmə ayini icra etmək, evlənməyi qanuni şəklə salmaq, nikah kəsmək.
Kəbinini kəsmək – ərə getməsini qanuni şəklə salmaq.
Kəbinini vermək – boşamaq, talağını vermək.
◊ Kəbin(lər)i göydə kəsilib – evlənmələri tam zəruridir.
[Allahqulu Çimnaza:] Sən də çalış, Sonanı Büləndə gəlin gətir, bir-birini onlar çox istəyirlər. Hər cəhətdən də babdırlar.
Kəbinim halal, canım azad! köhn. – adətən qadının məcburiyyət üzündən ərindən boşanmaq arzusunu bildirən ifadə.
Kəbininə kəsilmək məc. – daim boynunda olmaq, boynuna qoyulmaq (bir iş, vəzifə).
KƏBİN nədir? – KƏBİN nedir? – KƏBİN sözünün mənası – KƏBİN sozunun menasi – KƏBİN nə deməkdir? – KƏBİN ne demekdir? – KƏBİN sözünün izahı – KƏBİN sozunun izahi – KƏBİN sözünün istifadəsi – KƏBİN sozunun istifadesi