is. [
ər. ] Qəziyyə, vəqə, əhvalat, hadisə.
[Əsgər bəy:] Amma, mən ölüm, inciməyin, yoldaş arasında belə ittifaqlar çox olar. Ə.Haqverdiyev.
[Aslan:] Mən bu az ömrümdə nə qədər bədbəxt ittifaqlar görmüşəm. İ.Musabəyov.
□ İttifaq düşmək (olmaq) – bir hadisə, qəza, iş baş vermək.
[Nuxulular:] Hələ ki belə ittifaq düşübdür, biz bilməmişik, indi bunun çarəsi nədir? M.F.Axundzadə.
[Cahangir ağa:] Xoca Bəhmənlidə, görəsən, nə ittifaq olub? Ə.Haqverdiyev.
[Fəxrəddin bəy:] Bircə de görüm, Səadət səlamətdirmi, nə iş ittifaq düşüb? N.Vəzirov.
// Təsadüf, fürsət, məqam, imkan, vaxt.
[Ağa Kərim xan:] …Mənim ixtiyarım yoxdur, belə gözəl ittifaqda onu ərə verəm, ha? N.Vəzirov.
Qohumlarda birinin oğlu və o birinin qızı doğulan ittifaqlarda da bu uşaqları beşikkəsmə ad edirlər. R.Əfəndiyev.
□ İttifaq düşmək – təsadüf düşmək, fürsət ələ keçmək, imkan olmaq.
Birdən ittifaq düşdü ki, usta Ağabala … Ağa Ələsgər ilə gəzməyə çıxdı. Çəmənzəminli.
Süleyman bu sözü eşidən kimi təəccüb barmağını dişləyib dedi: – Bəli, dünyada belə işlərə çox ittifaq düşər. Ə.Haqverdiyev.