İTİRMƏK
1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək.
// Qeyb etmək, əlindən çıxarmaq.
2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək.
□ Ata-anasını (ata və anasını) itirmək – yetim qalmaq.
3. Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. İşləmək qabiliyyətini itirmək.
4. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək.
5. Yox etmək, yoxa çıxarmaq.
// Qovmaq, rədd etmək.
6. məc. Örtmək, gizlətmək.
7. bax itirtmək.
8. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək.
İTİRMƏK nədir? – İTİRMƏK nedir? – İTİRMƏK sözünün mənası – İTİRMƏK sozunun menasi – İTİRMƏK nə deməkdir? – İTİRMƏK ne demekdir? – İTİRMƏK sözünün izahı – İTİRMƏK sozunun izahi – İTİRMƏK sözünün istifadəsi – İTİRMƏK sozunun istifadesi