İŞTAHA
1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır.
2. məc. Arzu, istək, həvəs.
□ İştah(a) ilə, iştahla – 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək.
2) məc. arzulu, həvəsli, həsrətkeş.
◊ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək.
İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”.
İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq.
İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək.
İŞTAHA nədir? – İŞTAHA nedir? – İŞTAHA sözünün mənası – İŞTAHA sozunun menasi – İŞTAHA nə deməkdir? – İŞTAHA ne demekdir? – İŞTAHA sözünün izahı – İŞTAHA sozunun izahi – İŞTAHA sözünün istifadəsi – İŞTAHA sozunun istifadesi