İŞLƏK₁
1. Zəhməti, işləməyi sevən, çox işləyən, daim işləyən, vaxtını işdə keçirən; fəal, çalışqan. İşlək adam. Bu yerlərin camaatı işləkdir. – İşlək keçəl ərə gedər, pinti gözəl gora. ( Ata. sözü ).
// Zəhmətkeş, fəhlə.
2. Çox işləyən, gediş-gəlişli, hərəkət çox olan. İşlək küçə. İşlək yol.
3. İşləyən, iş görmək üçün olan, iş görən, təsərrüfatda istifadə olunan. İşlək heyvanlar. İşlək at.
4. tex. İşləyən, hərəkət edən, ya hərəkət etdirici. İşlək boru. İşlək çarx.
// Saz (maşın və s. haqqında).
İŞLƏK₁ nədir? – İŞLƏK₁ nedir? – İŞLƏK₁ sözünün mənası – İŞLƏK₁ sozunun menasi – İŞLƏK₁ nə deməkdir? – İŞLƏK₁ ne demekdir? – İŞLƏK₁ sözünün izahı – İŞLƏK₁ sozunun izahi – İŞLƏK₁ sözünün istifadəsi – İŞLƏK₁ sozunun istifadesi