İŞIQ
1. Ətrafı işıqlandıraraq, onu gözlə görünəcək hala salan şüa enerjisi; nur, ziya. Gün işığı. Ay işığı. Lampa işığı. Fənər işığı. İşıq şüası.
□ İşıq almaq məc. – 1) qüvvət almaq, ilham almaq;
2) daha qüvvətli işıq mənbəyi vasitəsilə işıqlanmaq.
İşıq olmaq – işıqlanmaq, nurlanmaq.
İşıq saçmaq – şüalanmaq, ətrafa işıq vermək, işıq yaymaq.
İşıq salmaq – 1) işıqlandırmaq, nurlandırmaq.
2) parıldamaq, şəfəq saçmaq, bərq vurmaq. Üzüyün qaşı işıq salır.
İşıq vermək – 1) işıqlandırmaq, işıq saçmaq, nurlandırmaq.
2) məc. qüvvət vermək.
İşıqdan düşmək – 1) işığı azalmaq, parıltısı sönmək, zəifləmək. Dan yeri yenicə sökülürdü, … ay və ulduzlar günün parlaq şüaları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itirdilər. Çəmənzəminli;
2) qüvvətdən düşmək, zəifləmək (göz haqqında).
2. Günün hər hansı bir vaxtı üçün səciyyəvi olan aydınlıq. Gündüz işığı. Sabah işığı. Axşam işığı (alaqaranlıq).
// Dan yeri, şəfəq.
3. Lampa, fənər, şam və s. işıq mənbəyi mənasında. İşığı yandırmaq. İşığı keçirmək. İşığı irəli tut.
4. İşıq çıxan yer, işıq yer, işıq düşən yer, işıqlanmış yer. Dalı işığa tərəf durmaq. Dərmanı işığa qoyma.
5. məc. Ağ gün, aydınlıq, xoşbəxtlik, fərəh mənasında. İşığa çıxasan.
6. məc. Maarif, mədəniyyət, ürfan, tərəqqi mənasında. İndi gənclik Bakını sevir.
□ İşıqdan qorxan – maarifdən qorxan, maarif düşməni, tərəqqi düşməni; cəhalətpərəst.
7. məc. Aydınlıq, təmizlik mənasında.
◊ İşığı düşmək – çox gözəl, göyçək, ağbəniz qadın (qız) haqqında.
İşıq müalicəsi – işıq şüalarının (günəş, ya süni işıq mənbəyindən çıxan şüaların) müalicə məqsədi ilə tətbiqi.
İşıq siqnalı – işıq vasitəsilə verilən siqnal, işarə.
İşıq üzü görməmək, işıq üzünə həsrət qalmaq – daima qapalı bir yerdə oturub, açıq havaya çıxmamaq, ya çıxa bilməmək. Göz verib işıq verməmək – bax göz. Gözünə işıq gəlmək – bax göz.
İŞIQ nədir? – İŞIQ nedir? – İŞIQ sözünün mənası – İŞIQ sozunun menasi – İŞIQ nə deməkdir? – İŞIQ ne demekdir? – İŞIQ sözünün izahı – İŞIQ sozunun izahi – İŞIQ sözünün istifadəsi – İŞIQ sozunun istifadesi