İMKAN
1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma.
// Əlverişli şərait.
□ İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək.
İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq.
İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq.
İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq.
İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək.
İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır.
// İqtidar, qüvvə, vəsait.
◊ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər.
İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək.
İMKAN nədir? – İMKAN nedir? – İMKAN sözünün mənası – İMKAN sozunun menasi – İMKAN nə deməkdir? – İMKAN ne demekdir? – İMKAN sözünün izahı – İMKAN sozunun izahi – İMKAN sözünün istifadəsi – İMKAN sozunun istifadesi