İMDAD
□ İmdad etmək (eləmək, qılmaq) – kömək etmək, dadına yetmək.
İmdada qoşmaq – bax imdadına qoşmaq (yetmək).
İmdada yetirmək – köməyə çatdırmaq, dada yetirmək. Çünki hicran ələmi saldı məni zindanə; Ey əcəl, rəhm elə, sən özün imdada yetir. Heyran xanım.
İmdaddan düşmək – gücdən düşmək, əldən düşmək, qocalmaq. O, imdaddan düşüb, heç bir şeyə yaramır.
İmdadı kəsilmək – hər şeydən ümidi kəsilmək, köməksiz qalmaq. Oğlu öldü, imdadı kəsildi.
İmdadına qoşmaq (yetmək, çatmaq, gəlmək) – bərk ayaqda, çıxılmaz vəziyyətdə qalmış bir adamın dadına çatmaq, köməyinə gəlmək.
İMDAD nədir? – İMDAD nedir? – İMDAD sözünün mənası – İMDAD sozunun menasi – İMDAD nə deməkdir? – İMDAD ne demekdir? – İMDAD sözünün izahı – İMDAD sozunun izahi – İMDAD sözünün istifadəsi – İMDAD sozunun istifadesi