İLAN
1. Bədəni uzun və qıvrılan ayaqsız, adətən zəhərli dişləri olan sürünən heyvan. Zəhərli ilan. Xallı ilan.
□ İlan çalmaq – ilan vurmaq.
2. məc. Məkrli, xain, acıdil, kinli adam haqqında.
3. məc. İlan kimi qıvrılan, uzanan şey haqqında. İlan yolu.
◊ İlan ağzından qurtarmaq – çox təhlükəli, ağır, çətin, çıxılmaz vəziyyətdən qurtarmaq.
İlan ağzından qurtulan quş (qurbağa) kimi – çox təhlükəli, ağır, çıxılmaz vəziyyətdən qurtaran adam haqqında.
İlan çalmış kimi, elə bil ilan çaldı – bax ilan vurmuş kimi 2-ci mənada.
İlan dili çıxartmaq, ilan kimi dil çıxartmaq – acizanə yalvarmaq, yazıq-yazıq xahiş etmək, yalvarıb-yaxarmaq.
İlan əlindən qurtarmaq – birini zülmdən, əziyyətdən, istismardan azad etmək.
İlan gözü kimi – çox az, çox zəif, hissedilməz.
İlan mələyən – çox isti, quraq və susuz. İlan mələyən çöllər.
İlan vuran ala çatıdan qorxar məsəl – başına gəldiyi üçün çox ehtiyatlı, tədbirli hərəkət edən adam haqqında.
İlan vurmuş kimi – 1) əziyyətdən, ağrıdan çapalayan, qovrulan adam haqqında.
2) birdən sıçrayaraq, dik atılaraq, hövlnak.
İlana ağı vermək – xəlvəti, əl altından təhrik etmək, gizlindən öyrədib qızışdırmaq.
İlanın quyruğunu basmaq – birini qəzəbləndirmək, hirsləndirmək.
Dili ilanı yuvadan çıxardır – bax dil 1 Elə bil ilan qovub – çox tələsik, təngnəfəs, nəfəsi qaralmış halda.
İLAN nədir? – İLAN nedir? – İLAN sözünün mənası – İLAN sozunun menasi – İLAN nə deməkdir? – İLAN ne demekdir? – İLAN sözünün izahı – İLAN sozunun izahi – İLAN sözünün istifadəsi – İLAN sozunun istifadesi