İDDİA
1. Tələb.
□ İddia etmək (eləmək) – tələb etmək, istəmək.
2. Haqlı-haqsız bir fikrin üstündə inad etmək, bir şeyi başqalarına da qəbul etdirməyə çalışmaq.
3. Özünə isnad etdiyi bir keyfiyyətin, sifətin başqaları tərəfindən də qəbul və təsdiqinə çalışma, özü haqqında böyük fikirdə olma. İddiası böyükdür. Böyüklük iddiasında olmaq. Çirkin olduğu halda gözəllik iddiasındadır. İgidlik iddiasında olmaq.
İddiaya (…iddiasına) düşmək –
…xəyalına düşmək, xəyalında olmaq,
…xəyalından keçmək,
…iddiasında olmaq.
4. Lovğalıq, təşəxxüs, təkəbbür, özünü yüksək tutma.
□ İddia eləmək (satmaq) – lovğalanmaq, təşəxxüslənmək.
◊ İddiası yerə-göyə sığmamaq – çox lovğa, təşəxxüslü, özü barəsində çox böyük fikirdə olan adam haqqında.
İDDİA nədir? – İDDİA nedir? – İDDİA sözünün mənası – İDDİA sozunun menasi – İDDİA nə deməkdir? – İDDİA ne demekdir? – İDDİA sözünün izahı – İDDİA sozunun izahi – İDDİA sözünün istifadəsi – İDDİA sozunun istifadesi