HİRS
◊ Hirs bağırsaqlarını (bağırsağını) kəsmək – bərk hirslənmək, hiddətlənmək, qəzəblənmək.
Hirsi təpəsinə (başına, kəlləsinə) vurmaq – bərk hiddətlənmək, çox hirslənmək, qəzəblənmək.
Hirsi tutmaq – hirslənmək, qəzəblənmək, acığı tutmaq.
Hirsi yatmaq, soyumaq – hirsi keçmək, qəzəbi keçmək, sakitləşmək.
Hirsindən dodaqlarını (zəncir, cilov) çeynəmək (gəmirmək) – çox bərk hirslənmək, qəzəblənmək.
Hirsindən qovrulmaq – hirsindən, acığından nə edəcəyini bilməmək, hirs boğmaq.
Hirsini basmaq (boğmaq, yemək) – hiddətini, hirsini yatırtmaq, özünü saxlamaq, hirsini, acığını büruzə verməməyə çalışmaq.
HİRS nədir? – HİRS nedir? – HİRS sözünün mənası – HİRS sozunun menasi – HİRS nə deməkdir? – HİRS ne demekdir? – HİRS sözünün izahı – HİRS sozunun izahi – HİRS sözünün istifadəsi – HİRS sozunun istifadesi