HEYVAN
1. İnsanı çıxmaqla hər cür canlı məxluq.
// Bitkilərdən başqa hər cür canlı varlıq. Vəhşi heyvan. Onurğasız heyvanlar.
2. Əhliləşdirilmiş dördayaqlı canlı məxluq. Ev heyvanları. Qoşqu heyvanları.
3. Yabanı, vəhşi canlı məxluq. Yırtıcı heyvanlar. Meşə heyvanı. Xəzlik heyvan.
4. məc. Adətən yazıq, fağır, zavallı, aciz uşaq haqqında deyilir.
5. məc. Qanmaz, anlamaz, kobud, yaxud ağılsız, dərrakəsiz adam haqqında. Heyvanın biridir.
// Bəzən söyüş məqamında işlənir.
HEYVAN nədir? – HEYVAN nedir? – HEYVAN sözünün mənası – HEYVAN sozunun menasi – HEYVAN nə deməkdir? – HEYVAN ne demekdir? – HEYVAN sözünün izahı – HEYVAN sozunun izahi – HEYVAN sözünün istifadəsi – HEYVAN sozunun istifadesi