HAZIR
1. Bir işi icra etmək üçün lazım olan hər şeyi olan; amadə. Mən hazıram, gedə bilərik. Yola düşməyə hələ hazır deyil. Çıxışa hazır olmaq.
2. Bir işi görməyə razı olan, həvəs, meyil göstərən. O bizimlə getməyə hazırdır. Sizi saatlarla dinləməyə hazıram.
3. Hazırlanmış; işlənməyə, istifadəyə yarar vəziyyətdə olan. Nahar hazırdır. Maşın hazırdır, bizi gözləyir.
// Tikilmiş və ya hazırlanmış halda satılan (sifarişli ziddi). Hazır paltar. Hazır ayaqqabı. Hazır şalvar.
// Qabaqcadan düşünülmüş, qabaqcadan fikirdə tutulmuş, hazırlanmış (söz, cavab və s. haqqında). Hazır cavab. Hazır ibarələr.
// Hazırlanmış, yetişdirilmiş, öyrədilmiş, təlim keçmiş. Hazır mütəxəssis.
4. Söhbəti gedən yerdə olan, şəxsən orada iştirak edən (qaib ziddi).
5. İndi ki, madam ki, lap yerində. Hazır gəlmisən, bu işi də gör. Hazır yazırsan, bu sözləri də əlavə et.
6. Hazırda şəklində zərf – indi, bu saat, indilikdə, indiki halda.
◊ Hazıra qonmaq – başqalarının əməyi ilə meydana gəlmiş bir şeyə şərik çıxmaq.
Hazıra nazir – başqalarının əməyi ilə meydana gətirilmiş bir şeyə şərik çıxmaq istəyən və ya şərik çıxan adam haqqında.
Hazıra (hazırına) nazir olmaq – bax hazıra qonmaq.
Hazır ol! hərb. – hazırolma komandası.
HAZIR nədir? – HAZIR nedir? – HAZIR sözünün mənası – HAZIR sozunun menasi – HAZIR nə deməkdir? – HAZIR ne demekdir? – HAZIR sözünün izahı – HAZIR sozunun izahi – HAZIR sözünün istifadəsi – HAZIR sozunun istifadesi