HAY
1. Çağırışa cavab.
□ Hay vermək – çağırışa cavab vermək, səsə səs vermək. Nə qədər çağırdımsa, hay vermədi. Adam çağıranda hay verər. – Diriyə hay verməz, ölüyə pay. ( Ata. sözü ).
2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq.
□ Hay basmaq – hürərək səs-küy qoparmaq, səs-küy salmaq.
Hay qopmaq – bax hay düşmək.
Hay düşmək – hay-küy düşmək, gurultu-patırtı düşmək, hay qopmaq. [Əmiraslan baba dedi:] İndiki kimi yadımdadır, hay düşdü.
Hay salmaq – hay-küy qoparmaq, gurultupatırtı qoparmaq, küy salmaq.
Hay vurmaq – qışqırmaq, bağırmaq, çığırmaq.
3. Hayında şəklində – qeydində, fikrində.
◊ Haya bənd olmaq – bir işi görmək üçün bəhanə, səbəb aramaq, fürsət gözləmək.
Haya yetmək – imdadına çatmaq, harayına yetmək (gəlmək, çatmaq).
Hayına qalmaq – qeydinə qalmaq, qayğısını çəkmək, qayğısında olmaq, fikrini çəkmək; haqqında düşünüb tədbir görmək. [Molla:] Sənin kimi kişisinin hayına qalmayan arvaddan canım qurtarsın. “M.N.lətif.
” Mən nə haydayam, sən nə hayda(san), o nə hayda(dır) – mən nəyin qeydini çəkirəm, sən nəyin qeydini çəkirsən, o nəyin qeydini çəkir; mən nə fikirləşirəm, sən nə fikirləşirsən, o nə fikirləşir.
HAY nədir? – HAY nedir? – HAY sözünün mənası – HAY sozunun menasi – HAY nə deməkdir? – HAY ne demekdir? – HAY sözünün izahı – HAY sozunun izahi – HAY sözünün istifadəsi – HAY sozunun istifadesi