HARAM
1. İslam dininin ehkamlarına görə yeyilməsinə, işlədilməsinə icazə verilməyən (halal əksi). Haram mal bərəkət tutmaz. ( Ata. sözü ).
2. məc. Zəhmətlə, əməklə, düz yolla qazanılmayan, əldə edilməyən. [Musa:] Çalış, sən həmişə öz əməyin ye; Haram mal yeməyə alışma, dilim. “Abbas və Gülgəz”.
◊ Haram eləmək (etmək) – bax haram qatmaq 2-ci mənada.
Haram iliyi – bax onurğa beyni (“onurğa”da).
Haram qatmaq, harama qatmaq – 1) təmiz, düz yolla əldə edilmiş bir şeyi korlamaq, təmizlikdən məhrum etmək.
2) pozmaq, mane olmaq.
Atlar yorulmuşdu.
Haram olsun! – qarğış məqamında işlədilir. Ananın südü sənə haram olsun.
Haram tikə – düzgün olmayan yollarla əldə edilmiş hər hansı bir şey.
HARAM nədir? – HARAM nedir? – HARAM sözünün mənası – HARAM sozunun menasi – HARAM nə deməkdir? – HARAM ne demekdir? – HARAM sözünün izahı – HARAM sozunun izahi – HARAM sözünün istifadəsi – HARAM sozunun istifadesi