HAQQ₁
1. sif. Doğru, düz, düzgün, həqiqi. Haqq iş.
// is. Ədalət, doğruluq, düzgünlük, düzlük, insaf.
2. is. Hüquq, ixtiyar.
3. is. Gördüyü işin müqabilində birinə verilməli olan pul, muzd və s.
// Üzvü olduğu bir təşkilata və ya bir şeydən istifadə üçün verilməli olan pul, məbləğ. Üzvlük haqqı. Kirayə haqqı.
4. Nisbət şəkilçiləri ilə: barədə (barəsində), xüsusda (xüsusunda) və i.a. Ailəsi haqqında fikirləşmək.
5. is. İxtiyar, hüquq, əsas. Bu işə qarışmağa onun haqqı yoxdur.
◊ Haqq oldu – əcəb oldu, yerində oldu, yaxşı oldu.
Dərdli Kərəm deyər: – Necə olur halım; Sənə lap haqq oldu, ay qanlı zalım. “Əsli və Kərəm”.
Haqq vermək – 1) təsdiq etmək, doğru saymaq, düzgün, haqlı hesab etmək.
2) haqlı olduğunu təsdiq etmək.
Haqqına yetmək (çatmaq) – cəzasını almaq, cəzasına çatmaq.
HAQQ₁ nədir? – HAQQ₁ nedir? – HAQQ₁ sözünün mənası – HAQQ₁ sozunun menasi – HAQQ₁ nə deməkdir? – HAQQ₁ ne demekdir? – HAQQ₁ sözünün izahı – HAQQ₁ sozunun izahi – HAQQ₁ sözünün istifadəsi – HAQQ₁ sozunun istifadesi