is. [
ər. ]
1. Hər hansı bir səbəbdən, şəraitdən doğan vəziyyət, keyfiyyət. Xəstənin halı yaxşıdır.
– Hicrin edibdi könlümü bərbad, ağlaram; Çoxlar tutar bu halıma irad, ağlaram. Natəvan.
[Ceyranın] keçmiş halı ilə indiki halını müqayisə edirdim. S.Hüseyn.
□ Belə halda – belə vəziyyətdə.
Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır. M.S.Ordubadi.
Bu hal – bu vəziyyət. [Zeynal:] Öz həyatını müəyyən bir şəklə salmalı idi.
Bu hal beləcə davam edə bilməyəcəkdi. S.Hüseyn.
Ayıq ol, böylə davam etsə bu hal; Millətə qorxuludur istiqbal. A.Şaiq.
// İnsanın cismani vəziyyəti, yaxud əhvalı, əhval-ruhiyyəsi. Məstlik halı. Yuxulu halda.
– [Mehriban] xüsusilə çocuğu doğduqda olduqca ağır və böhranlı hallar keçirmişdir. S.Hüseyn.
2. Güc, qüvvət, taqət.
[Rəsul:] Anacan, dayanmağa halım yoxdur, gərək mən gedəm. “Aşıq Qərib”.
□ Hal qalmamaq – gücdən düşmək, taqətdən düşmək, üzülmək.
Ağlamaqdan qalmamışdı məndə hal. H.Cavid.
3. fiz. Maddəni təşkil edən hissəciklərin yerləşməsinin, qarşılıqlı əlaqəsinin və hərəkətinin xarakteri. Maddənin yeni keyfiyyət halına keçməsi.
– …Cəmi heyvanat bir dərəcə donmaq halına çatanda yarıdiri olurlar, yarıölü olurlar… C.Məmmədquluzadə.
4. Vaxt, an, ləhzə.
□ Bu halda – bu anda, bu vaxt. Bu halda yoldaşım içəri girdi.
– Bu halda qapı döyüldü. E.Sultanov.
Bu halda bayır qapıdan Sultan bəy daxil olur. Ü.Hacıbəyov.
O halda – onda, o zaman. O halda bizdən kömək gözləmə. O halda mən gəlməyəcəyəm.
5. qram. İsmin başqa cümlə üzvlərinə münasibətini bildirən və hallanma formalarında ifadə olunan qrammatik kateqoriya. Azərbaycan dilində ismin altı halı vardır. Adlıq hal.
◊ Hal aparmaq – özündən getmək, huşunu itirmək, ürəyi keçmək.
Hal əhli – kef çəkməyi, vaxtını kefdə keçirməyi sevən adam haqqında.
Seyyid, yürü, məlum ki, hal əhli deyilsən; Dün şəb səni mən mədrəsədə qal ilə gördüm. S.Ə.Şirvani.
Hal tutmaq – bax hal-əhval tutmaq.
Atamız doyunca xoşlandı bizdən; Sonra da hal tutdu hər birimizdən. S.Vurğun.
Hala gəlmək – özünə gəlmək, gücü, qüvvəti, taqəti özünə qayıtmaq, dirçəlmək.
…Hərəmiz bir istəkan çay içəndən sonra bir qədər hala gəldik. C.Məmmədquluzadə.
[Piri baba:] Qoy gəzsin, yesin, içsin, hala gəlsin. S.S.Axundov.
Haldan çıxar( t)maq – normal halından çıxarmaq, hirsləndirmək. Kətxuda çox qorxaq adamdı.
Uryadnikin vurulmağı onu büsbütün haldan çıxartmışdı. M.Hüseyn.
Haldan çıxmaq – hirslənmək, özündən çıxmaq.
[Mahmud:] Sən olasan ölənlərinin goru, məni bu hirsimin tutmuş vaxtında haldan çıxartma! Ə.Haqverdiyev.
Haldan düşmək – üzülmək, çox yorulmaq, əldən düşmək.
[Böyük oğul:] Kişi gözləməkdən lap haldan düşdü. Qantəmir.
[Musa] …qızıl mədəninə yetişərkən haldan düşdü. S.Vəliyev.
Haldan-hala düşmək – halı pozulmaq, halı qarışmaq.
O, oxuduqca ingilisin siması haldan-hala düşür və acığından dilini, dodağını çeynəyirdi. Qantəmir.
Haldan salmaq (etmək) – üzmək, çox yormaq, əldən salmaq.
Qılınc kimi kəsən külək keşikçiləri haldan salmışdı. S.Vəliyev.
Halı dönmək (dəyişmək) – bax halı pozulmaq.
Ancaq bilmədim ki, bu necə işdi; Əllərim titrədi, halım dəyişdi. M.Rahim.
Halı qarışmaq (dəyişmək) – normal halından çıxmaq, qanı qaralmaq, pozulmaq.
Tapdılar orada qırıq qandalı; Qubernator ağanın qarışdı halı. H.K.Sanılı.
Halı pozulmaq – 1) bax halı qarışmaq;
2) halı daha da pisləşmək, ağırlaşmaq. Xəstənin halı pozuldu.
– Aslanın halı elə pozulmuşdu ki, bıçaq vursaydın qanı çıxmazdı. S.Vəliyev.
Halına ağlamaq – 1) bax halına qalmaq.
Camaatın halına ağlayan, onun dərdinə dərman axtaranların nəsli kəsilir, izi itirilirdi. H.Sarabski;
2) bax halına yanmaq (acımaq).
[Mühəndis:] Eh, başıma gələnləri bilsən, halıma ağlarsan. S.Rüstəm.
Halına qalmaq (ağlamaq) – qeydinə qalmaq, qayğısını çəkmək, qayğısına qalmaq, halını düşünmək.
Ər dərdqəmin çəkmə, sən öz halına ağla; Canı bəcəhənnəm! M.Ə.Sabir.
Kosa, yanında dayandığı xəstənin halına qalır və onunla birlikdə tərpənirdi. S.Rəhimov.
Halına təfavüt etməmək – halına heç bir təsiri olmamaq, halında heç bir dəyişiklik əmələ gəlməmək, heç bir fərqi olmamaq.
[Nəbi:] Cəbi, sən öləsən, heç halına təfavüt etmir. S.S.Axundov.
Halına yanmaq (acımaq) – yazığı gəlmək, acımaq, şəfqət göstərmək, ürəyi acımaq, canıyananlıq etmək.
[Mirzə Tağı:] Biçarə İran camaatı, … sizin halınıza yanıram, sizin halınızı yüngülləşdirməyə səy edirəm. C.Cabbarlı.
Gülnaz yağışlı gecəni, oğlanın bir köynəkdə başdan-ayağa islandığını xatırladı və onun halına acıdı. Q.İlkin.
Halından çıxmaq – özündən çıxmaq, hirslənmək, müvazinətini itirmək.
Usta bir də halından çıxdı, az qalmışdı yenə dava düşsün. Çəmənzəminli.
Halını qatmaq – qanını qaraltmaq, özündən çıxarmaq, hirsləndirmək. [Məşədi Ağakişi:] Siz öləsiz, [atlılar] düz Hacı Namazalının xırmanına sürdülər.
Kişinin halını qatacaqlar. C.Məmmədquluzadə.
Halını pozmaq – halına təsir etmək, adi halından çıxarmaq, hirsləndirmək.
Lakin bu söz də maarif müdirinə təsir etmədi, halını pozmadı. M.İbrahimov.
Hər halda – necə olsa, necə olursa olsun.
Cahandar ağa Əşrəfin bu işlərinə necə münasibət bəsləyəcəyini bilməsə də, hər halda xoşagəlməz … söhbət eşitmək istəmirdi. İ.Şıxlı.
Nə halda – necə, nə cür, nə vəziyyətdə.
[Məşədi İbad:] İndi gördünmü iş nə haldadır? Ü.Hacıbəyov.