HAKİM
1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi.
2. idm. Oyunda, yarışda hakimlik edən şəxs. Futbol hakimi. Hakimin qərarı. Beynəlxalq dərəcəli hakim.
3. tar. Bir ölkənin başında duran, onu idarə edən şəxs (padşah, hökmdar, xan və s.).
// Sif. mənasında. Hakim təbəqələrə mənsub olan, hakimiyyət başında duran, hökmranlıq edən, ağalıq edən. Hakim siniflər.
◊ Hakim kəsilmək – hakim olmaq, təsiri altına almaq.
Hakim olmaq – əlinə keçirmək, özününkü etmək, özünə tabe etmək.
// Məc. mənada.
HAKİM nədir? – HAKİM nedir? – HAKİM sözünün mənası – HAKİM sozunun menasi – HAKİM nə deməkdir? – HAKİM ne demekdir? – HAKİM sözünün izahı – HAKİM sozunun izahi – HAKİM sözünün istifadəsi – HAKİM sozunun istifadesi