HƏSRƏT
1. Bir şeyi və ya birini bir daha görmək, qovuşmaq arzusu. Vətən həsrəti. Övlad həsrəti.
// Ələ keçməyən və ya əldən çıxmış bir şeyə təəssüflənərək çox acıma, mənəvi iztirab keçirmə.
□ Həsrət qalmaq – istədiyinə çatmamaq, arzu etdiyi bir şeyi ələ keçirə bilməmək, arzusu ürəyində qalmaq.
Həsrət qoymaq – arzusuna, istəyinə çatmağa, arzusu həyata keçməyə qoymamaq. Xan Əsliyə həsrət qoydun Kərəmi. “Əsli və Kərəm”.
Həsrət(ini) çəkmək – çox arzusunda olduğu, lakin əldə edə bilmədiyi bir şeyin üzüntüsünü çəkmək; son dərəcə arzulamaq. Doğma yerlərin həsrətini çəkmək. – Aylar, illər həsrətini çəkərdim; Şükür, yetdim vüsalına, sevdiyim! [
Həsrətində olmaq – bax həsrətini çəkmək.
2. Yaxın adamından, sevgilisindən ayrılma; ayrılıq, fəraq, hicran.
3. Həsrətlə şəklində zərf – şiddətli arzu ilə, həsrət ifadə edən nəzərlərlə. Həsrətlə oğluna baxmaq.
HƏSRƏT nədir? – HƏSRƏT nedir? – HƏSRƏT sözünün mənası – HƏSRƏT sozunun menasi – HƏSRƏT nə deməkdir? – HƏSRƏT ne demekdir? – HƏSRƏT sözünün izahı – HƏSRƏT sozunun izahi – HƏSRƏT sözünün istifadəsi – HƏSRƏT sozunun istifadesi