HƏRƏKƏT
1. Bir şeyin və ya onun hissələrinin sabit bir nöqtəyə görə öz yerini və ya vəziyyətini dəyişməsi; hərəkətsizliyin, sükunətin ziddi olan vəziyyət. Ritmik hərəkət. Dairəvi hərəkət. – Cismin hərəkəti onun hissələrinin hərəkətilə təyin olunur. “Nəzəri mexanikanın əsasları”.
2. fəls. Materiyanın varlıq forması, onun ayrılmaz xassəsi; maddi aləmin fasiləsiz dəyişmə və inkişaf prosesi.
3. Yola düşmə, hər hansı bir istiqamətə getmə; yürüş.
□ Hərəkət etmək – 1) yola düşmək, hərəkətə başlamaq. Qatar saat 3-də hərəkət edir.
2) getməyə başlamaq, yerimək, yerindən tərpənmək.
// Hər hansı nəqliyyat növünün işi. Qatarların hərəkət cədvəli.
// Müxtəlif istiqamətlərdə (küçələrdə, yollarda və s.-də) piyada və ya miniklə gedibgəlmə; gediş-gəliş. Küçədə hərəkət azalır.
□ Hərəkət etmək (eləmək) – getmək, gəlmək, gedibgəlmək.
4. İş, əməl, davranış. Başlı-başına hərəkət. Nalayiq hərəkət. Gözəl hərəkət.
5. hərb. Əməliyyat. Düşmənin hərəkətini dayandırmaq. Hərəkət planı. Cəbhədə hərəkət sahəsi.
6. məc. Kəmiyyət və ya keyfiyyətcə dəyişiklik; irəliləmə, irəliləyiş, inkişaf, canlanma. İşdə irəliyə doğru böyük hərəkət var.
7. Hərəkətlə şəklində zərf – hərəkət edərək.
◊ Hərəkət etmək məc. – davranmaq.
Hərəkət ordusu – ordunun, müharibə vaxtı cəbhədə vuruşan hissəsi.
Hərəkətdən düşmək – daha hərəkət edə bilməmək, işdən qalmaq, hərəkət etmək qabiliyyətini itirmək. Əlləri hərəkətdən düşmək.
Hərəkətə gəlmək – müəyyən iş görmək, fəaliyyətə başlamaq, fəaliyyət göstərmək, ayağa qalxmaq. Oğruları tutmaq üçün inzibati orqanlar hərəkətə gəldilər.
Hərəkətə gətirmək – 1) işlətmək, idarə etmək, işə salmaq. Ekskavatoru hərəkətə gətirməyi öyrənmək.
2) dilə tutaraq, yaxud başa salaraq birinə bir işi gördürmək, şövqləndirmək. Uşaqları hərəkətə gətirmək. – [Nəcəf:] Rüstəm dayı, arxayın ol, gənclər “Yeni həyat” ın adını batırmazlar.
HƏRƏKƏT nədir? – HƏRƏKƏT nedir? – HƏRƏKƏT sözünün mənası – HƏRƏKƏT sozunun menasi – HƏRƏKƏT nə deməkdir? – HƏRƏKƏT ne demekdir? – HƏRƏKƏT sözünün izahı – HƏRƏKƏT sozunun izahi – HƏRƏKƏT sözünün istifadəsi – HƏRƏKƏT sozunun istifadesi