GUŞƏ
1. Künc, bucaq. Otağın guşəsi.
// Tin, künc. Binanın guşəsi.
□ Guşə bağlamaq – iki divarın kəsişdiyi yeri hörmək, tini tikmək.
2. Hissə, tərəf, cəhət.
3. Qələbəlik, izdihamlı yerdən uzaq olan sakit yer.
4. Böyük bir şeyin içində müəyyən məqsəd üçün ayrılmış xüsusi yer, hissə. Qəzetin tənqid guşəsi.
5. mus. Melodiyanın, nəğmənin ən təsirli hissəsi, dəsgahlarda bitkin və aydın melodik quruluşa malik vokal-instrumental epizod.
◊ Qırmızı guşə – siyasi və mədəni maarif işləri üçün ayrılmış, kitab, plakat və s. ilə təchiz olunmuş otaq, yer. Zavodun qırmızı guşəsi.
GUŞƏ nədir? – GUŞƏ nedir? – GUŞƏ sözünün mənası – GUŞƏ sozunun menasi – GUŞƏ nə deməkdir? – GUŞƏ ne demekdir? – GUŞƏ sözünün izahı – GUŞƏ sozunun izahi – GUŞƏ sözünün istifadəsi – GUŞƏ sozunun istifadesi