GÜN₂
1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. ( Ata. sözü ).
2. Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz.
□ Bir gün deyil, beş gün deyil – həmişə, daim.
Biri gün (o birisi gün) – sabahdan sonrakı gün; sabah yox, o biri gün.
Bu günlərdə – bu bir neçə gün ərzində, yaxın vaxtlarda.
Bugünkü gündə – indi, hazırda.
Ertəsi gün – bir gün sonra.
Gün uzunu – bütün günü, bir günün ərzində.
Gündə bir – hər gün, tez-tez.
Günlərin bir günü – bax günün birində.
Günü axşam etmək (eləmək) – bütün gününü boş keçirmək, işsiz oturmaq, əbəs yerə gözləyə-gözləyə durmaq. Qərib günü axşam etdi.
Günü bu gün – elə bu gün, gecikdirmədən, bu gündən o yana qalmayaraq.
Günü günə satmaq – gecikdirmək, yubatmaq, yubandırmaq.
Günü sabah – elə sabah, gecikdirmədən, sabahdan sonraya qoymayaraq.
Günün birində – bir gün, bir dəfə.
Günün günortaçağı – gündüz hava lap işıqkən.
İki gündə (gündən) bir – bax günaşırı.
3. Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü.
4. Gündə şəklində zərf – hər gün, mütəmadiyən.
5. Gündən-günə, günü-gündən şəklində zərf – bir gündə deyil, günlər keçdikcə, tədricən.
6. Vaxt, vaxtilə. Bir gün bilinər.
7. məc. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran.
□ Gün keçirmək, gün sürmək – yaşamaq, dolanmaq.
Gün görməmək – pis yaşamaq.
8. Vəziyyət, hal mənasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! ( Ata. sözü ).
□ Günə düşmək (qalmaq) –
…vəziyyətə düşmək (adətən pis vəziyyəti bildirir).
9. dan. Əməkgün.
Xırda xala qızışmışdı.
10. Günüm şəklində – nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim.
◊
…gün ağlamaq – dərdinə qalmaq, qayğısını çəkmək, gələcəyi haqqında düşünmək, fikirləşmək.
Gün qayıtmaq – 1) zenit nöqtəsindən qüruba doğru enmək, Günəş (gün) batmağa başlamaq;
2) gündüz uzanmağa (və ya qısalmağa) başlamaq. Novruzdan sonra gün qayıdır.
Günü başa vurmaq – adətən əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq.
Günü qara gəlmək – yaşayışı pisləşmək, fənalaşmaq.
Günü qara olmaq – yaşayışı, dolanacağı, həyatı pis olmaq.
Gününü göy əsgiyə düymək (bükmək) – bax gününü qara eləmək.
Gününü qara eləmək (etmək) – həyatını zəhərləmək, iztirab və mənəvi işgəncə vermək.
GÜN₂ nədir? – GÜN₂ nedir? – GÜN₂ sözünün mənası – GÜN₂ sozunun menasi – GÜN₂ nə deməkdir? – GÜN₂ ne demekdir? – GÜN₂ sözünün izahı – GÜN₂ sozunun izahi – GÜN₂ sözünün istifadəsi – GÜN₂ sozunun istifadesi