GÜL
1. Çiçək (danışıqda “qızılgül” mənasında da işlənir). Ağaclar gül açıb. Gül dərmək.
Bir gül ilə bahar olmaz. ( Ata. sözü ).
2. Buxara dərisinin üzərindəki incə qıvırcıqlar. Bu dərinin gülləri çox xırdadır. – Hacı güldü.
3. Toxunma şeylərin, xalçanın və s.-nin üzərində olan buta və s. Xalçanın gülləri. Parçanın gülləri qəşəngdir.
4. Çörəkdə xırda-xırda yanmış yer; yanıq qabarları. Çörəyin çoxlu gülü var.
□ Gül vermək – çörəkdə gül əmələ gəlmək; qabarlanmaq. Çörək gül verib.
5. Qızılcanın ən şiddətli anındakı səpgi. Uşağın bədənini gül basıb.
6. bayt. Qoyun xəstəliklərindən birinin adı. Qoyuna gül düşdü, qırıldı.
7. məc. Əziz, istəkli, sevimli, sevgili adam.
8. Gülüm şəklində – əziz, istəkli, sevimli bir adama nəvazişli müraciət.
9. məc. Gözəl, qəşəng, məsum. Gül kimi uşaq. Gül kimi qız. Gül surət. Gül yanaq.
◊ Gül açmaq məc. – 1) gözəlləşmək, təravətlənmək, qəşəngləşmək.
2) həyata keçmək, rövnəq tapmaq, çiçəklənmək. Arzuları gül açdı. Əməllər gül açır.
Gül ağız isteh. – söyüşkən, ağzından pis sözlər çıxan, acıdanışan adam haqqında.
Gül gülü çağırmaq (səsləmək, dindirmək) şair. – təbiətin, ətraf mənzərənin gözəlliyini ifadə etmək üçün işlədilir.
Gül kimi – çox yaxşı, gözəl.
Gül kimi (tək) açılmaq – 1) gözəlləşmək, qəşəngləşmək. Uşaq böyüdükcə gül kimi açılır;
2) sevinmək, ürəyi açılmaq, şadlanmaq.
Gül kimi təmiz – haqqında heç bir pis söz deyilməmiş; təmiz, məsum.
Gül vaxtı (çağı və s.) – güllər açan vaxt, ilk bahar, ilk yaz.
Gül yağı – güldən çəkilib yeyinti sənayesində və ətriyyatda işlədilən xoşiyli yağ.
Gül yarpağı kimi əsmək (titrəmək) – qorxudan, həyəcandan, bəzən də soyuqdan titrəmək.
Gül(ünü) vurmaq – bir şeyin ən yaxşısını, yaxud ən siftəsini seçib götürmək.
Güldən ağır söz – incidəcək, qəlbə toxunacaq söz.
GÜL nədir? – GÜL nedir? – GÜL sözünün mənası – GÜL sozunun menasi – GÜL nə deməkdir? – GÜL ne demekdir? – GÜL sözünün izahı – GÜL sozunun izahi – GÜL sözünün istifadəsi – GÜL sozunun istifadesi