GİZLİ
1. sif. Başqası, ya başqaları üçün sirr olan, onlardan gizlədilən, çoxlarına bəlli olmayan, bilinməz olan, məlum olmayan. Gizli müqavilə.
// Məxfi. Gizli məktub. Gizli sənəd.
□ Gizli qalmaq – heç kəsə məlum olmamaq bildirilməmək.
Gizli saxlamaq – heç kəsə məlum etməmək, başqalarına bildirməmək.
// Özünü büruzə verməyən, gizlin hərəkət edən, hələ üzə çıxarılmamış. Gizli qüvvə. – Gizli düşmən ilan kimidi, sürünə-sürünə gələr. ( Ata. sözü ).
// Başqalarına məlum olmayan, ürəkdə saxlanan. Gizli fikir. Gizli hiss.
// Başqaları bilməli olmayan, biri üçün sirr olan.
// Məhrəmanə, intim. Gizli əlaqə. Gizli görüş.
// Naməlum, heç kəsin bilmədiyi və ya az adamın bildiyi. Gizli yol. Gizli cığır.
2. bax qeyri-leqal. Gizli qəzet. Gizli dərnək. Gizli fəaliyyət.
3. Açıq fəaliyyət göstərməyən; məxfi. Gizli polis. Gizli xəfiyyə idarəsi.
4. zərf Xəlvəti, gizli olaraq, gizlində, başqalarının xəbəri olmadan. Gizli gəlmək. Gizli qaçmaq. Gizli xəbər vermək.
◊ Gizli seçkilər – gizli səsvermə yolu ilə keçirilən seçkilər.
Gizli səsvermə – bülletenləri və ya keçmişdə şarları qutuya salmaq yolu ilə səsvermə üsulu.
GİZLİ nədir? – GİZLİ nedir? – GİZLİ sözünün mənası – GİZLİ sozunun menasi – GİZLİ nə deməkdir? – GİZLİ ne demekdir? – GİZLİ sözünün izahı – GİZLİ sozunun izahi – GİZLİ sözünün istifadəsi – GİZLİ sozunun istifadesi