GEN₁
1. sif. Geniş, enli. Gen otaq. Gen paltar.
2. zərf Uzaq, kənar, aralı. Gen qaçmaq. Gen gəzmək. – Dost dost ilə tən gərək; Tən olmasa, gen gərək. ( Ata. sözü ).
// Eyni mənada bəzən gendən şəklində.
3. sif. və zərf Olduqca enli, gen-bol, dar olmayan, bədəni sıxmayan. Gen köynək. Gen corab. – [Hacı Saleh:] Amma, ağa, mintənənin ölçüsü məlum olsa idi, çox yaxşı olardı.
4. is. dan. Küsülü olma, arası olmama, arası soyuq olma. Biz genik. Aramız gendir.
◊ Gen dünya – böyük, geniş, ucsuz-bucaqsız yer və s. haqqında.
Gen dünya (başına) dar olmaq – bax dünya.
Gen gün – rahat, sakit, yaxşı gün, həyat.
Gen gündə dost deyər, dar gündə qaçar.
Gen yerini dar etmək – bax yerini dar eləmək (etmək) (“yer”də).
Gendən-genə – uzaqdan-uzağa.
Ürəyini gen saxlamaq – bax ürək.
GEN₁ nədir? – GEN₁ nedir? – GEN₁ sözünün mənası – GEN₁ sozunun menasi – GEN₁ nə deməkdir? – GEN₁ ne demekdir? – GEN₁ sözünün izahı – GEN₁ sozunun izahi – GEN₁ sözünün istifadəsi – GEN₁ sozunun istifadesi