GƏRGİN
1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim.
// məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq.
2. Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət.
// Zərf mənasında.
3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət.
4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan.
□ Gərgin olmaq – ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq.
GƏRGİN nədir? – GƏRGİN nedir? – GƏRGİN sözünün mənası – GƏRGİN sozunun menasi – GƏRGİN nə deməkdir? – GƏRGİN ne demekdir? – GƏRGİN sözünün izahı – GƏRGİN sozunun izahi – GƏRGİN sözünün istifadəsi – GƏRGİN sozunun istifadesi