FÓRMA
1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması.
// İnsan bədəni hissələrinin, fiqurunun çevrəsi.
2. Tip, quruluş, təşkilat sistemi; struktur. Yeni dövlət forması. İdarə forması. Təşkilat forması.
// Növ müxtəlifliyi. Revmatizmin ağır forması.
// İfadə üsulu, qaydası. Danışıq forması.
3. Bədii əsərin növü, janrı. Müxtəlif forma və janrda çoxlu musiqi əsəri yaradılmışdır.
4. Ülgü, biçim, şablon, nümunə.
// Mətbəə naborunun qoyulduğu çərçivə, habelə çərçivəyə qoyulmuş naborun özü.
5. Bir şeyin müəyyən olunmuş nümunəsi, tipi. Bülleten forması. Hesabat forması. Anketin forması.
6. Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. Hərbi forma. Məktəbli forması. Dəmiryolçu forması.
7. dilç. Qrammatik kateqoriyaların, söz və cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə edən vasitə. Sözün forması. Felin qeyrimüəyyən forması.
8. inc. ədəb. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi. Bayatının müxtəlif formaları.
”.
FÓRMA nədir? – FÓRMA nedir? – FÓRMA sözünün mənası – FÓRMA sozunun menasi – FÓRMA nə deməkdir? – FÓRMA ne demekdir? – FÓRMA sözünün izahı – FÓRMA sozunun izahi – FÓRMA sözünün istifadəsi – FÓRMA sozunun istifadesi