FİKİR
1. Düşünmə, düşüncə, təfəkkür; təfəkkür prosesi.
2. Niyyət, məqsəd, məram. Fikrini başa düşmək. Fikrini anlatmaq. Getmək fikrindən daşınmaq.
3. Fikirləşmə, düşünmə, mühakimə nəticəsində hasil olan qənaət, ideya. Dərin fikir. Maraqlı fikir. Ciddi fikir. Boş fikir. Ağlıma belə fikir gəldi.
4. Rəy, görüş, mülahizə.
5. Bilik. Elmi fikir. Bədii fikir.
6. Adamın ağlını məşğul edən şey, daim düşünülən şey (bəzən “fikir-zikir” şəklində işlənir). Öz fikirləri ilə məşğul olmaq. Fikrindən ayrıla bilməmək. Fikri özgə yerdədir.
Başında ancaq bir fikir var: – Uçmaq! Uşağın fikri oynamaqda qalıb.
7. Hafizə qüvvəsi, yaddaş, xatır. Fikrimdə qalmadı. Fikrindən çıxmaq. Fikrində saxlamaq.
8. Əqidə, görüş, baxış. Fikrinlə razı deyiləm.
9. Fikrimcə, fikrincə, fikrimizcə, fikrinizcə və s.
şəkillərdə – məncə, mənə görə; səncə, sənə görə; bizcə, bizə görə; sizcə, sizə görə.
◊ Fikir aparmaq (götürmək) – 1) bir şey, hadisə haqqında fikir etmək, fikirləşmək, fikrə getmək, fikrə dalmaq, düşünmək.
2) təşvişə düşmək.
Fikir çəkmək – 1) dərd çəkmək, ruhən iztirab çəkmək, narahat olmaq.
2) gələcəyi haqqında fikirləşmək, taleyini düşünmək.
Fikir dəryasına qərq olmaq – çox dərin fikrə getmək, fikrə dalmaq.
Fikir eləmək (etmək) – 1) fikirləşmək, düşünmək.
2) bir şeyin fikrini çəkmək, bir şeyin dərdinə qalmaq.
Fikir götürmək – fikrini məşğul etmək, fikrə qərq olmaq, təşvişə, narahatlığa səbəb olmaq.
Fikir vermək – fikrinə qalmaq, diqqət vermək, diqqət yetirmək, qayğı göstərmək, qeydinə qalmaq.
Fikir verməmək – əhəmiyyət verməmək, qulaqardına vurmaq, etinasızlıq göstərmək. O, deyilənlərə fikir vermir.
Fikir yürütmək – bir şey haqqında fikir irəli sürmək, fikir söyləmək, yeni söz demək.
Fikrə dalmaq – bax fikrə getmək.
Fikrə düşmək – bir iş görmək qərarına gəlmək, niyyətində olmaq. [Abbas:] Sizin fikriniz başqadır, elə fikrə düşməyin. “Abbas və Gülgəz”.
Fikrə getmək – fikirləşmək, düşünmək.
Fikrə gəlmək – qərara gəlmək, qət etmək.
Fikrə qərq olmaq – bax fikir dəryasına qərq olmaq.
Fikrə salmaq – fikirləşməyə, fikrə getməyə, düşünməyə məcbur etmək.
Fikri dəyişmək – əvvəlki fikrindən əl çəkib ayrı fikrə düşmək, rəyini dəyişmək.
Fikri dolanmaq – bax fikri çaşmaq.
Fikri özündə olmamaq – dalğın, fikri dağınıq halda olmaq.
Fikrində durmaq – bax fikrinin üstündə durmaq.
Fikrində (fikrinə) qoymaq – qərara gəlmək, qərarlaşdırmaq.
Molla fikrinə qoyur ki, sövdəgərə bir-iki şirin söz desin. “M.N.lətif.
” Fikrindən daşındırmaq – fikrindən əl çəkməyə məcbur etmək, fikrini dəyişdirmək.
Fikrindən daşınmaq – fikrindən əl çəkmək, niyyətindən, istədiyi şeydən vaz keçmək, fikrini dəyişmək.
Fikrindən dönmək – fikrindən əl çəkmək, fikrindən qaçmaq, dəbbələmək.
Fikrindən keçirmək – xəyalən yadına salmaq, xəyalından keçirmək, təsəvvürünə gətirmək.
Fikrindən keçmək – 1) xəyalından keçmək, xəyalən yada salmaq, arzulamaq.
2) fikrən bir şeyi arzulamaq, ürəyindən keçmək.
Fikrinə düşmək – bir iş görmək qərarına gəlmək.
Fikrinə gəlmək – 1) ağlına gəlmək, təsəvvürünə, xəyalına gəlmək. Fikrinə min cür şeylər gəlir;
2) qərara gəlmək.
Fikrinə (fikrimə) gətirmək – təsəvvürünə gətirmək, təsəvvür etmək, mümkün hesab etmək.
Fikrini açmaq – fikrində olanları açıb söyləmək, niyyətini bildirmək, ürəyini açmaq.
Fikrini azdırmaq – azdırmaq, karıxdırmaq.
Fikrini çəkmək – 1) qayğısına qalmaq, qeydinə qalmaq, haqqında düşünmək.
2) narahat olmaq (bir adam haqqında).
Fikrini dağıtmaq – 1) dərdini, kədərini dağıtmaq, kefini açmaq, şənləndirmək, pis fikirlərdən uzaqlaşdırmaq. Qızlar Pərinin fikrini dağıtmaq üçün çalıb-oynadılar… “Abbas və Gülgəz”;
2) fikirləşməsinə, fikrini toplamasına mane olmaq, fikrini bir yerə yığmağa qoymamaq, fikrini yayındırmaq. Səsküy adamın fikrini dağıdır.
Fikrini dəyişmək – bax fikri dəyişmək.
Fikrini yayındırmaq – qəsdən birinin diqqətini başqa şeyə cəlb etmək.
Fikrinin üstündə durmaq – öz dediyində israr etmək, sözünün üstündə durmaq, fikrindən dönməmək.
FİKİR nədir? – FİKİR nedir? – FİKİR sözünün mənası – FİKİR sozunun menasi – FİKİR nə deməkdir? – FİKİR ne demekdir? – FİKİR sözünün izahı – FİKİR sozunun izahi – FİKİR sözünün istifadəsi – FİKİR sozunun istifadesi