EŞİK
1. Bayır, dışarı, çöl.
□ Eşiyə atmaq – bayıra tullamaq, çıxarıb atmaq, tullamaq.
Eşiyə çıxmaq – 1) üzə çıxmaq, zühura çıxmaq, aşkara çıxmaq, görünmək. Bir müddət Cahangir dərviş paltarında tacirin evində qaldı. Bir gün öz-özünə fikir elədi ki, yaxşı, bəs mən nə vaxta kimi bu dörd divar arasından eşiyə çıxmayacağam? (Nağıl);
2) təbii ehtiyacını rəf etmək, ayaqyoluna getmək.
Eşiyə salmaq – qovmaq. Həsən ağa kimi zalımın biri getdi, naçalnikdən xahiş elədi.
2. Bayır tərəfə baxan, çıxan, eşiyə tərəf olan.
3. Bir şeyin bayır hissəsi, çöl tərəfi. Qazanın eşiyini də, içini də ağartdırmaq.
4. Bax ev-eşik.
EŞİK nədir? – EŞİK nedir? – EŞİK sözünün mənası – EŞİK sozunun menasi – EŞİK nə deməkdir? – EŞİK ne demekdir? – EŞİK sözünün izahı – EŞİK sozunun izahi – EŞİK sözünün istifadəsi – EŞİK sozunun istifadesi