EHTİYAT
1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı.
□ Ehtiyat görmək – 1) hazırlıq aparmaq, tədarük görmək, hazırlaşmaq (bayram, qonaqlıq, toy və s. münasibəti ilə). Bəli, Bəxtiyara xəbər yolladılar ki, filan gündə, filan saatda sənə qonağıq, ehtiyatını gör. (Nağıl);
2) gələcək üçün yığmaq, toplamaq; tədarük etmək (mal, pul və s).
2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). Ehtiyat fondu. Ehtiyat qüvvələri. Toxunulmaz ehtiyat.
□ Ehtiyat üçün – gələcəkdə, sonradan gərəkli, lazım olacağı ehtimalı ilə, hər bir ehtimala qarşı. Ehtiyat üçün pul götürmək. Ehtiyat üçün özü ilə adam götürmək.
3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). Neft ehtiyatı. Dəmir ehtiyatı. Ölkəmizin tükənməz ehtiyatı.
4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq.
5. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. Ehtiyat igidin yaraşığıdır. ( Ata. sözü ).
// Qorxma, çəkinmə.
□ Ehtiyat etmək (eləmək) – qorxmaq, çəkinmək, saqınmaq. Soyuqdan ehtiyat etmək. İşin çətinliyindən ehtiyat etmək.
◊ Ehtiyatı əldən buraxmaq – hər bir ehtimala qarşı tədbir görmək. [Vəzir:] Siz hər gün burada hazır olarsınız.
EHTİYAT nədir? – EHTİYAT nedir? – EHTİYAT sözünün mənası – EHTİYAT sozunun menasi – EHTİYAT nə deməkdir? – EHTİYAT ne demekdir? – EHTİYAT sözünün izahı – EHTİYAT sozunun izahi – EHTİYAT sözünün istifadəsi – EHTİYAT sozunun istifadesi