DÜYÜN
1. İki ip və s.-nin bir-birinə bağlanmasından əmələ gələn yumru ilmək yeri, habelə ipin özünün ilmək halına salınmış yeri. İpin düyününü açmaq.
□ Düyün düşmək – dolaşmaq, pırtlaşıq düşmək, düyünlənmək. İp düyün düşdü.
Düyün salmaq – dolaşıq salmaq, pırtlaşdırmaq, düyünləmək.
Kor düyün – açılması çətin olan düyün.
2. Ağac, kol budağının gövdəyə, yaxud yarpağın zoğa birləşdiyi yer. Ağacın düyünləri. Taxtada çox düyün var, rəndələmək çətindir. Yarpağın zoğa birləşdiyi yerinə düyün deyilir. Palıd ağacının düyünləri.
3. məc. İlişik, həlli çətin məsələ, zor iş, dolaşıqlıq.
□ Düyün(ü) açılmaq – həlli tapılmaq, həll olunmaq.
Düyünə düşmək – çətinlik üz vermək, həll edilə bilməmək, dolaşığa düşmək.
Düyünü(nü) açmaq məc. – çətin bir məsələnin, işin həllini tapmaq, çarəsini tapmaq, həll etmək, dolaşığı(nı) açmaq.
4. məc. Dərd, kədər, qəm, ürək acısı.
□ Düyün olub boğazında (ürəyində) qalmaq – bir dərd olub ürəyində qalmaq.
DÜYÜN nədir? – DÜYÜN nedir? – DÜYÜN sözünün mənası – DÜYÜN sozunun menasi – DÜYÜN nə deməkdir? – DÜYÜN ne demekdir? – DÜYÜN sözünün izahı – DÜYÜN sozunun izahi – DÜYÜN sözünün istifadəsi – DÜYÜN sozunun istifadesi