DUSTAQ
1. Həbs olunmuş, yaxud dustaqxanada saxlanılan adam; məhbus.
// məc. Məhbus kimi oturub evdən bayıra çıxmayan, xarici aləm, cəmiyyət ilə əlaqəsi olmayan adam haqqında.
// klas. Əsir mənasında.
□ Dustaq etmək (eləmək) – həbs etmək, həbsə salmaq, azadlıqdan məhrum etmək;
// məc. bir yerə salıb nəzarət altında saxlamaq, bayıra çıxmağa qoymamaq.
Dustaq olmaq – məhbus olmaq, həbsə düşmək, həbsə salınmaq, dustaqlıqda olmaq.
// məc. dustaq kimi bir yerdə oturub bayıra çıxmamaq, yaxud bu və ya başqa səbəbə görə bayıra çıxa bilməmək.
2. Həbsxana, həbs, qazamat, həbs yeri, dustaqlıq.
DUSTAQ nədir? – DUSTAQ nedir? – DUSTAQ sözünün mənası – DUSTAQ sozunun menasi – DUSTAQ nə deməkdir? – DUSTAQ ne demekdir? – DUSTAQ sözünün izahı – DUSTAQ sozunun izahi – DUSTAQ sözünün istifadəsi – DUSTAQ sozunun istifadesi