DÜŞKÜN
1. Xoşbəxtliyini, rifahını itirmiş, yazıq, bədbəxt, zavallı.
// Ruhdan düşmüş, naümid, məyus, kədərli.
2. Zəif, cansız, əldən düşmüş, üzgün, xəstə.
// Qoca, ahıl.
3. is. Mübtəla, düçar. Qadın düşkünü. Şəhvət düşkünü. Qumar düşkünü.
// Bir şeyin hərisi olan, həddən artıq bir şeyin aludəsi olan. Rəyasət düşkünü. Böyük vəzifə düşkünü.
// Vurğun, aşiq.
4. Mənən düşmüş, rəzil, alçaq.
5. Yoxsullaşmış, kasıblaşmış, yoxsul, kasıb.
// Yazıq, fəqir, binəva.
// İs. mənasında. [Kərəm:] Kərəm eylə, bircə yapış əlimdən; Yetir muradına sən də düşkünü! “Əsli və Kərəm”.
DÜŞKÜN nədir? – DÜŞKÜN nedir? – DÜŞKÜN sözünün mənası – DÜŞKÜN sozunun menasi – DÜŞKÜN nə deməkdir? – DÜŞKÜN ne demekdir? – DÜŞKÜN sözünün izahı – DÜŞKÜN sozunun izahi – DÜŞKÜN sözünün istifadəsi – DÜŞKÜN sozunun istifadesi