DURMAQ
1. Ayaq üstə, şaquli vəziyyətdə hərəkətsiz dayanmaq. Ağacın altında kölgədə durmaq. Güzgünün qabağında durmaq. Sahildə durub dənizə baxdıq.
// Bədən hissələrindən biri üzərində dayanmaq. Başı üstündə durmaq. Əlləri üstündə durmaq. Dizi üstündə durmaq.
// Ayaq üstə durmaqla bağlı olan bir işi, vəzifəni yerinə yetirmək, bir işlə məşğul olmaq. Dəzgah dalında durmaq. Keşikdə durmaq. Növbədə durmaq. Qarovulda durmaq.
2. Ayağa qalxmaq, yerindən qalxmaq, oturduğu yerdən qalxmaq. Aclıq mənə lap kar etmişdi.
// Yuxudan ayılaraq yorğan-döşəkdən qalxmaq. Tezdən durmaq. Gec durmaq.
// “Xəstəlikdən”, “yorğan-döşəkdən” sözləri ilə – sağalıb ayağa qalxmaq, sağalmaq, yaxşı olmaq. Xəstəlikdən təzəcə durmaq.
3. Yerləşmək, olmaq, dikəlmək. Pəncərənin qabağında uca bir ağac durur. Küçənin sağ tərəfində gözəl bir bina durur. Meydanda Füzulinin heykəli durur.
4. Bir şey üzərində dayanmaq, bir şeyə istinad etmək, əsaslanmaq. Bina özül üzərində durur. Neft daşlarında vışkalar dəmir dayaqlar üstündə durmuşdur.
5. Əyninə oturmaq, bədəninə uyğun gəlmək. Paltar əynində yaxşı durur. Palto əynində gör necə pis durur?
6. Dikinə qalxmaq, dik durmaq, dik vəziyyət almaq. Tükləri biz-biz durmaq. Köynəyin yaxalığı pis nişastalanıb, yaxşı durmur.
7. Qalmaq, dayanmaq. Bir-iki saat burada duraq, sonra gedərik.
8. Qərar tapmaq, rahat qalmaq, sakit qalmaq. Bir dəqiqə bir yerdə dura bilmir.
9. Müqavimət göstərmək, möhkəm dayanmaq, səbat göstərmək, tab gətirmək, dözmək. Sən bərk dur. Düşmən qabağında durmaq. Onun qabağında dura bilməyib çəkildi. Çətinliklərin qabağında möhkəm durmaq.
□ Qabağında durmaq – gücü çatmaq. [Fatma xanım:] Qənd ver, çay ver, düyü də ver.
10. Səbat etmək, sabitlik göstərmək, geri dönmək, israr edib dayanmaq. Sözünün üstündə durmaq.
11. Bir qərara gəlmək, bir nəticəyə gəlmək, bir neçə şeydən birisini qəbul edib, onun üstündə dayanmaq.
12. Qalmaq, davam etmək, yaşamaq, var olmaq, mövcud olmaq; yerində qalmaqda davam etmək. Onun babası hələ də durur.
// Toxunulmamış qalmaq, işlənməmiş qalmaq, olduğu kimi qalmaq. Aldığım pulların hamısı durur.
13. Hərəkətsiz qalmaq, axıb getməmək. Su bir yerdə durarsa qoxuyar.
14. İnkişaf etməmək, artmamaq, irəliləməmək, bir yerdə qalmaq, durğunluq əmələ gəlmək. Elm bir nöqtədə dura bilməz.
15. İşləməmək, hərəkətsiz qalmaq, fəaliyyət göstərməmək, dayanmaq. Maşınlar durur. Saat durmuşdur. Motor durdu. Zavod durdu.
// Duracaqda, yaxud hər hansı bir yerdə dayanmaq, əylənmək. Qatar stansiyada üç dəqiqə durur. Ekspress qatarı hər stansiyada durmur. Maşın evimizin qabağında durdu.
// Öz işini, məşğələsini və s.-ni dayandırmaq, arasını kəsmək. Kitabın 20-ci səhifəsində durdum. Söhbətin ortasında durdu. Keçən dərsdə hansı paraqrafda durmuşduq?
16. Bitmək, kəsilmək, ara vermək, dayanmaq, sakit olmaq. Yağış durdu. Atışma durdu.
17. Çaşıb qalmaq, heyrət içində qalmaq, duruxmaq, duruxub qalmaq. Xəbəri eşidən kimi durdu.
18. Gözləmək, səbir etmək, toxtamaq, tələsməmək, dayanmaq. Bir az dur. Dura bilmirəm. Sən bir dur. Durmaq vaxtı deyil.
19. Diqqəti bir şeyin üzərində saxlamaq, dayandırmaq, onun haqqında müfəssəl danışmaq, bəhs etmək. Bu məsələnin üzərində çox durmaq lazımdır.
20. Yer tutmaq, mövqe tutmaq. Tərbiyə məsələsi birinci yerdə durur. Qarşıda ciddi problemlər durmaqdadır.
21. Müəyyən şərtlərlə bir işi, vəzifəni yerinə yetirməyi öhdəsinə götürmək, bir işə girmək.
22. Başa gəlmək, mal olmaq, tamam olmaq, oturmaq. Palto mənə 150 manata durdu. – Təbrizə Rusiyadan ticarət malı gətirilməyəcəkdir.
23. Qalxmaq, çıxmaq, törəmək.
24. Qalmaq.
25. Hərəkət etmək, davranmaq.
26. Başlamaq, girişmək, təşəbbüs etmək. Durdu mənimlə mübahisəyə. Durdu ağaca çıxdı.
27. “Belə”, “bu yana”, “o yana” və s.
sözlərlə – çəkilmək. O yana dur, keçim.
28. …dursun,
…belə dursun,
…bir yana dursun –
…kənarda qalsın,
…bir tərəfdə qalsın, …sərf-nəzər edərək,
…haqqında danışmayaraq. Tanımaq bir yana dursun, heç adını eşitməmişəm.
29. İnkar şəklində: durmamaq – dayanmamaq, qalmamaq.
// Tökülmək, yerindən çıxmaq. Başında saçı durmur.
□ Geri durmamaq – hər bir şey etməyə hazır olmaq, heç bir tədbir qarşısında durmamaq, hər cür tədbirə əl atmaq.
30. İnkar şəklində, ikinci və üçüncü şəxslərdə: durma(yın) – tələs(in), tez ol(un), dayanma(yın), gecikmə(yin).
// Hərəkətə gəl(in), sakit durma(yın).
// Tez, təcili, yubanmadan.
31. Feli bağlamalara qoşularaq vəziyyətin davamlılığını bildirir. Dayanıb durmaq.
32. Feli bağlama şəklində bir sıra feillərin əvvəlində bir işə təşəbbüs etmək, başlamaq mənasını ifadə edir. Durub söyləmək. Durub qaçmaq. Durub mənə belə dedi… Durum baxım, görüm.
◊ Durma gəldim – tez, tələsik, birbaşa, üz tutaraq.
DURMAQ nədir? – DURMAQ nedir? – DURMAQ sözünün mənası – DURMAQ sozunun menasi – DURMAQ nə deməkdir? – DURMAQ ne demekdir? – DURMAQ sözünün izahı – DURMAQ sozunun izahi – DURMAQ sözünün istifadəsi – DURMAQ sozunun istifadesi