DUMANLANMAQ
1. Dumanla (tüstü ilə) örtülmək (dolmaq); duman basmaq, duman bürümək. Hava dumanlandı.
// Duman qalxmaq, tüstü çıxmaq.
// Nazik bir təbəqə ilə örtülmək, şəffaflığını itirmək, tutqunlaşmaq, kəsifləşmək. Gözlük dumanlanaraq ətrafı görməyə mane oldu.
2. Bulanmaq, qaralmaq.
// məc. Gözlər haqqında – 1) yaşarmaq, doluxsunmaq, ağlamsınmaq; bərk kədərlənmək.
2) qaralmaq, qaranlıq çökmək, aydın görmə qabiliyyətini itirmək (bu mənada adətən “gözü”, “gözləri” sözü ilə).
◊ Başı (beyni, şüuru, fikri) dumanlanmaq – 1) bir anlıq aydın düşünmə qabiliyyətini itirmək;
// özünü itirmək dərəcəsinə gəlmək.
// sərxoşlanmaq, keflənmək.
2) bərk kədərlənmək, son dərəcə məyus olmaq.
DUMANLANMAQ nədir? – DUMANLANMAQ nedir? – DUMANLANMAQ sözünün mənası – DUMANLANMAQ sozunun menasi – DUMANLANMAQ nə deməkdir? – DUMANLANMAQ ne demekdir? – DUMANLANMAQ sözünün izahı – DUMANLANMAQ sozunun izahi – DUMANLANMAQ sözünün istifadəsi – DUMANLANMAQ sozunun istifadesi