DOLMAQ
1. Bir yerə daxil olub onu doldurmaq, başdan-başa hər yerini tutmaq, boş yer qoymamaq. Evə adamlar doldu. Otağa soyuq hava doldu. Miniklər gəmiyə doldular.
// Dolu hala gəlmək, ağzına qədər bir şeylə dolu olmaq, boşluq qalmamaq. Stəkanlar çayla doldu. – Mübahisə azından bir saat çəkdi.
// Məc. mənada.
2. Girmək, daxil olmaq (çoxlu miqdarda). Qulaqlarıma su doldu.
// Nüfuz etmək.
3. Yayılıb hər tərəfi tutmaq, bürümək, örtmək, qaplamaq. Ətrafa səs doldu.
// Örtülmək, tutulmaq.
4. Kökəlmək, ətə-cana gəlmək. Ətə dolmaq.
5. Doluxsunmaq, kövrəlmək, tutulmaq, əhvalı pozulmaq, hiddətlənmək, acıqlanmaq.
6. Girmək, çatmaq, yetmək.
7. Yetişərək şirə hasil etmək, sütülləşmək. Sünbüllər yavaş-yavaş dolur.
8. Tamamilə yerinə yetirilmək, ödənilmək, həyata keçirilmək. Planların hamısı dolmuşdur.
DOLMAQ nədir? – DOLMAQ nedir? – DOLMAQ sözünün mənası – DOLMAQ sozunun menasi – DOLMAQ nə deməkdir? – DOLMAQ ne demekdir? – DOLMAQ sözünün izahı – DOLMAQ sozunun izahi – DOLMAQ sözünün istifadəsi – DOLMAQ sozunun istifadesi