DOLAŞDIRMAQ
1. Dolaşıq salmaq, qarışdırmaq; pırtlaşdırmaq. İpi (sapı) dolaşdırmaq.
2. Bağlamaq, düymək, dolamaq, bənd etmək, ilişdirmək. Atın noxtasını ağaca dolaşdırmaq.
3. məc. Hiylə qurub birini bədbəxt etmək, yaxud məsuliyyətə cəlb olunmaq üçün pis bir işə cəlb etmək, şər və böhtan ataraq təqsirləndirilməsinə səbəb olmaq.
□ Özünü dolaşdırmaq – özü bilmədən, yaxud bilərəkdən nəticəsi bəlli olmayan bir işdə iştirak etmək.
4. Çaşdırmaq, karıxdırmaq, düz yoldan sapdırmaq, sözü döndərib azdırmaq. Ortaya söz atıb bizi dolaşdırma.
5. Məntiqi əlaqəni itirərək, faktları qarışdıraraq söyləmək, mətləbi çaşbaş salmaq; karıxmaq. Sözünü dolaşdırmaq.
// Qəsdən anlaşılmaz, dolaşıq hala salmaq. Cinayətdə vaxt uzatmaq başlıca şərtlərdən birisidir.
6. Güllələri dalbadal, müntəzəm xəzinəyə verməmək, ilişdirmək. Bu tüfəng həmişə dolaşdırır.
7. Gəzdirmək. Məhəmmədhəsən ağa düşündü, təkrar Vaqifin üzünə baxdı.
DOLAŞDIRMAQ nədir? – DOLAŞDIRMAQ nedir? – DOLAŞDIRMAQ sözünün mənası – DOLAŞDIRMAQ sozunun menasi – DOLAŞDIRMAQ nə deməkdir? – DOLAŞDIRMAQ ne demekdir? – DOLAŞDIRMAQ sözünün izahı – DOLAŞDIRMAQ sozunun izahi – DOLAŞDIRMAQ sözünün istifadəsi – DOLAŞDIRMAQ sozunun istifadesi