DİZ
1. Qıçın diz oynağı olan hissəsi, bükülən yeri. Dizlərini bükmək.
□ Diz qapağı – dizin üstündəki sümük.
Diz oynağı – baldır sümüyünü bud sümüyü ilə birləşdirən oynaq.
// Şalvarın, qıçın həmin yerini örtən hissəsi. Şalvarın dizləri sürtülüb.
2. Qıçın diz oynağından buda qədər olan hissəsi. Uşağı dizi üstündə oturtmaq.
◊ Diz çökdürmək, diz üstə çökdürmək – zorla tabe etmək, tabe olmağa, təslim olmağa məcbur etmək.
Diz çökmək, diz üstə çökmək – 1) dizlərini yerə dayayaraq oturmaq və ya təzim əlaməti olaraq dizlərini yerə qoyaraq əyilmək.
2) məc. tabe olmaq, itaət etmək, təslim olmaq.
Dizə çıxmaq – həddən artıq çox olmaq. Zibil dizə çıxırdı.
Dizlərini qucmaq (qucub oturmaq) – məyus, aciz, naəlac bir halda oturmaq, yazıq-yazıq oturmaq.
DİZ nədir? – DİZ nedir? – DİZ sözünün mənası – DİZ sozunun menasi – DİZ nə deməkdir? – DİZ ne demekdir? – DİZ sözünün izahı – DİZ sozunun izahi – DİZ sözünün istifadəsi – DİZ sozunun istifadesi