DİL
1. anat. İnsan və onurğalı heyvanların ağız boşluğunda olub, qidanın çeynənilib udulmasına kömək edən və onun dadını bildirən, insanda isə, əlavə olaraq, danışıq səslərinin əmələ gəlməsində iştirak edən orqan. Dillə dadmaq. Dili ilə yalamaq. Dilini çıxartmaq.
// Heyvan dilindən hazırlanmış yemək. Bişmiş dil.
2. İnsanlar arasında ünsiyyət vasitəsi olub, onların bir-birlərini başa düşmələrinə və bir-birləri ilə fikir mübadiləsi etmələrinə imkan verən səs, söz və qrammatik vasitələr sistemi. Azərbaycan dili. Rus dili. Dünya dilləri. Qədim dillər. Bir neçə dil bilmək.
// dan. Ləhcə, şivə mənasında. Bu, lap gəncəli dilində danışır.
3. Bu və ya digər səciyyəvi xüsusiyyətə malik olan danışma və ya ifadə tərzi; üslub. Ədəbi dil. Yazıçının dili. Qəzet dili. Sabirin dili. Məqalə sadə dildə yazılmışdır.
4. Danışmaq qabiliyyəti, nitq. Qoy özü danışsın, özünün dili var.
5. Danışma, danışma tərzi. Onun çox acı dili var. Şirin dillə danışmaq. Kinayəli dil. – Dil var bal gətirər, dil var bəla. ( Ata. sözü ).
6. məc. Bir şeyi ifadə və ya izah edən, ünsiyyət vasitəsi ola bilən şey (səs və s.) haqqında. Musiqi dili. Quşların dili. Rəqəmlərin dili.
7. Müxtəlif alətlərin, cihazların və s.-nin uzanan və əksərən oynar, mütəhərrik hissəsi. Zəngin dili. Toqqanın dili.
// Qıfılı açmaq və bağlamaq üçün xüsusi formalı metal alət; açar.
// Musiqi alətlərində (pianoda, qarmonda və s.-də) səs çıxarmaq üçün üstündən barmaqla basılan lövhəcik. Royalın dili. Qarmonun dilləri.
8. coğr. Dənizin, içəriyə doğru uzanmış uzun, üstü düz, alçaq qumlu quru hissəsi. Dənizdə beş kilometr uzunluğunda süni dil yaradılmış, küləkdən yaxşı qorunan buxta əmələ gəlmişdir.
9. məc. Müharibədə düşmənin vəziyyəti haqqında məlumat alına biləcək əsir. Dil almaq (tutmaq). Dil dalınca getmək.
◊ Ağzı var, dili yox, yaxud ağzında dili yox – sakit, fağır, səsi çıxmayan adam haqqında.
Al dil – bax al 2 Alovun dili – yuxarı qalxan alov haqqında; zəbanə.
Dil açmaq – 1) dinmək, danışmağa başlamaq, dərdini söyləmək.
// Körpə uşaqlar haqqında: tək-tək sözləri deməyə başlamaq, təzə-təzə danışmağa başlamaq. Uşaq hələ dil açmayıbdır. – Balam dil açan günü; Mat qaldı ana bülbül. (Layla);
2) yalvarmaq, xahiş etmək.
Dil ağıza qoymamaq – bax dil boğaza qoymamaq.
Dil ağıza salmamaq – bax dil ağıza qoymamaq.
Dil bəlası – öz dilinin bəlasını çəkmə, dediyi sözün pis nəticəsini görmə.
Dil boğaza qoymamaq – çox danışmaq, arasıkəsilmədən danışmaq.
Dil bulamaq – bir işdə sözlə iştirak etmək, birinə kömək məqsədi ilə başqasına söz söyləmək, xahiş etmək, vasitəçi olmaq.
Dil çıxarmaq – 1) istehza etmək, sataşmaq, ələ salmaq;
2) yalvarmaq (çox vaxt “dil çıxarıb yalvarmaq” şəklində işlənir).
Dil deyib ağlamaq – bayatı çağırmaq, deyib oxşamaq.
Dil göstərmək – birini acıqlandırmaq, sataşmaq, istehza etmək məqsədi ilə dilin çıxarıb ona göstərmək.
Dil olmaq – 1) danışmaq. Simurq dil olub, Simanı başa salıb, mindirib dalına, aparıb qoydu nar bağına. (Nağıl);
2) yalvarmaq.
Dil öyrətmək – bax dil vermək 2-ci mənada.
Dil pəhləvanı (ustası) – danışmaqda mahir olub, əlindən iş gəlməyən adam haqqında.
Dil tapmaq – qarşılıqlı anlaşmaq, razılıq əldə etmək; yola gətirmək, razı etmək üçün yol tapmaq.
Dil tərpətmək – 1) söz söyləmək, danışmaq.
2) başqası üçün birindən bir şey xahiş etmək.
Dil tökmək – 1) şirin sözlərlə yola getməyə, razı salmağa, yaxud başını tovlamağa çalışmaq.
// Çox xahiş etmək, yalvarmaq.
2) bax dil deyib ağlamaq.
Dil tutulması – danışmaq qabiliyyətini itirmə.
Dil uzatmaq – 1) münasibətsiz, nalayiq söz söyləmək; danışıqda həddini aşmaq;
2) tənə vurmaq, danlamaq.
Dil vermək – 1) söz vermək, vəd etmək;
2) öyrətmək, danışmağa, iddiaya cürətləndirmək (bu mənada çox vaxt “ağzına dil vermək” şəklində işlənir).
Dil verməmək – başqalarına danışmağa imkan verməmək, danışmağa qoymamaq, mane olmaq. Danışana dil vermir, yeriyənə yol. ( Ata. sözü ).
Dil vurmaq – ələ almaq, dilə tutmaq, xoş dillə öz tərəfinə çəkməyə çalışmaq, öyrətmək.
Dil yarası – acı tənə, acı söz nəticəsində doğan inciklik hissi, ağır təhqir. Qılınc yarası saralar, dil yarası sağalmaz. ( Ata. sözü ).
Dil yetirmək – 1) başqası üçün birindən bir şey xahiş etmək, birinə xahişlə müraciət etmək;
2) üzüzə danışa bilmək, qarşı-qarşıya durub danışmaq. Oturaydım göz-gözə; Yetirəydim dil yara. (Bayatı);
3) danışmaqda, mübahisədə ayaqlaşa bilmək.
Dildə tük bitmək – bir şeyi həddən artıq təkrar etməkdən, söyləməkdən, yada salmaqdan usanmaq. Deyə-deyə dilimizdə tük bitdi.
Dildən demək (danışmaq) – ciddi, ürəkdən söyləməmək, qeyrisəmimi demək.
Dildən düşmək – bərk yorulmaq, üzülmək, əldən düşmək, usanmaq.
Dildən (dillərdən) düşməmək – yaddan çıxmamaq, məşhur olmaq, unudulmamaq, daim söylənmək. Onun adı dillərdən düşmürdü.
Dildən salmaq – əldən salmaq, yormaq, üzmək, taqətdən salmaq, usandırmaq.
Dil-dil ötmək şair. – cəh-cəh etmək, çox gözəl oxumaq, tərənnümə gəlmək.
// məc. Təşbehlərdə.
Dilə basmaq – gurultulu sözlərlə birini fikrindən yayındırmağa çalışmaq.
Dilə düşmək – bax dildən-dilə düşmək (“dildən-dilə”də).
Dilə düyün düşmək – bax dildə tük bitmək.
Dilə gəlmək – danışmağa başlamaq, dillənmək, sükutu pozaraq danışmaq.
”.
// məc. Şairanə təşbehlərdə.
Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. Dərədə quşlar oyanırdı.
Dilə gətirmək – bərk təsir edərək danışdırmaq, dilləndirmək.
Dilə gətirməmək – söyləməyi nalayiq, qeyri-münasib hesab etmək.
Dilə (dillərə) salmaq – söhbət, danışmaq üçün mövzu etmək, söz-söhbət hədəfi etmək.
Dilə tutmaq – şirin sözlərlə birini razı salmağa, yola gətirməyə, bir şeyi əldə etməyə çalışmaq.
Dilə-sözə tutmaq – bax dilə tutmaq. Nə qədər mollanı dilə-sözə tuturlar ki, quzunu kəsib onları qonaq eləsin, bir şey çıxmır. “M.N.lətif.”.
Dili açılmaq – 1) danışmağa başlamaq, uzun sükutdan sonra dinmək.
2) danışıq qabiliyyətini itirmiş adamın nitqi açılmaq.
Dili ağzına sığmamaq – öyünmək, öz-özünü çox tərifləmək.
Dili batmaq – bax dili tutulmaq.
Dili büdrəmək – danışarkən çaşmaq, yanılmaq, səhv danışmaq, bir söz əvəzinə başqa söz demək.
Dili dolaşmaq – bax dili topuq çalmaq.
Dili dönməmək – 1) bax dili batmaq;
2) deyilməsini caiz bilməmək, deməyə qıymamaq, dilinə gətirə bilməmək.
Dili gəlməmək – 1) deyə bilməmək, tələffüz edə bilməmək, danışa bilməmək, danışmaq iqtidarında olmamaq.
2) bax dili dönməmək.
Dili gicişmək – bir şey demək istəmək.
Dili gödək olmaq – bax dili qısa olmaq.
Dili ilanı yuvadan çıxardar – dil tökməkdə çox mahir adam haqqında.
Dili qısa olmaq – birinin yanında qüsuru, yaxud sirri olduğu üçün danışmağa, söz söyləməyə, ya da etiraz etməyə haqqı və cəsarəti olmamaq.
Dili qısalmaq – təqsirini, qüsurunu bilib danışmağa cəsarət etməmək, danışmaqdan utanmaq.
Dili qurumaq – 1) danışmaq qabiliyyətini itirmək; nitqi qurumaq.
2) qarğış, bəddua mənasında – “dilin (dilim) qurusun!” şəklində.
Dili söz tutmamaq – bu və ya başqa səbəbə görə danışa bilməmək, danışmaq qabiliyyətini itirmək.
Dili topuq vurmaq (çalmaq) – bax dili büdrəmək.
Dili tutmamaq – bax dili tutulmaq.
Dili tutulmaq – danışmaq qabiliyyətini itirmək, danışmağa qüdrəti çatmamaq.
Dili uzun olmaq – 1) hər hansı bir cəhətdən öz üstünlüyünü dərk edərək haqlı adam kimi cəsarətlə danışmaq. Dövlətlinin dili uzun olar, ağlı qısa. ( Ata. sözü );
2) iftixar etmək, qürrələnmək.
Dilimin ucundadır – bir sözü və ya adı tam xatırlayıb yada sala bilməyəndə söylənən ifadə. Adı dilimin ucundadır.
Dilin yansın – bax dilin qurusun (“dili qurumaq” 2-ci mənada).
Dilində (dilinə) tük (ot) bitmək – bax dildə tük bitmək.
Dilindən daş asılmaq – susmaq, dinməmək, danışmamaq, ağzını açmamaq.
Dilindən düşməmək – daim təkrar etmək.
Dilindən qaçırmaq – bax ağzından qaçırmaq (“ağız1”da).
Dilindən qıfıl götürülmək – bax dili açılmaq 1-ci mənada.
Dilinə düyün düşmək – bax dildə tük bitmək.
Dilinə gətirmək – 1) danışmaq, söyləmək.
2) söyləməyi münasib bilmək. Bu kimi ifadəni dilinə gətirmə.
Dilinə qıfıl vurmaq – dinməyə, danışmağa, ağzını açmağa qoymamaq; susdurmaq.
Dilinə qıfıl vurulmaq – bax dilindən daş asılmaq.
Dilinə pay çıxmaq – bax dilinə düyün düşmək.
…dilinə salmaq – söz-söhbət, dedi-qodu və ya şayiə üçün mövzu etmək.
Dilinə vurmaq – dadmaq, dadmaq üçün yoxlamaq. Dilimə vurdum, gördüm acıdır.
Dilinə vurmamaq (dəyməmək) – heç yeməmək, içməmək, dadmamaq, dadını bilməmək.
Dilini açmaq – çoxdan danışmayan adamın nitq qabiliyyətini bərpa etmək, qaytarmaq.
Dilini ağzında saxlamaq – bax dilini saxlamaq.
Dilini bağlamaq – 1) susdurmaq, danışmağa qoymamaq, susmağa məcbur etmək;
2) dua, ovsun və s. vasitəsilə zərərli bir təsirin qabağını almaq.
Dilini bilmək (öyrənmək) – 1) baş açmaq, sirrindən xəbərdar olmaq. Lalın dilini nənəsi bilər. ( Ata. sözü ).
2) yolunu bilmək, üsulunu bilmək, həllini bilmək.
Dilini boğazından çıxarmaq – 1) çox zülm edərək öldürmək;
2) bərk cəzalandırmaq.
Dilini dişləmək – 1) sözü yarıda kəsmək, sözün dalını gətirməmək;
2) yadından çıxmış bir şey birdən yadına düşmək, xatirinə gəlmək.
Dilini kəsmək – 1) susmağa, dinməməyə məcbur etmək; susdurmaq, kiritmək;
2) susmaq, dinləmək, danışmamaq.
Dilini könlü ilə bir eləmək – səmimi olmaq, sözü ilə işi bir olmaq.
Dilini qarnına qoymaq – susmaq, danışmamaq.
Dilini saxlamaq – bir şeyi deməkdən saqınmaq, danışmamaq, susmaq.
Dilini tapmaq (tutmaq) – bax dil tapmaq.
Dilinin ucuna gəlmək – söyləmək istərkən söyləyə bilməmək, yaxud söyləməmək.
Dilinin üstündə dil bitmək – həddindən artıq danışqan, naqqal adam haqqında.
Dillər əzbəri, yaxud dillərdə əzbər (dastan) olmaq – çox məşhur olmaq, haqqında ağızlarda danışılmaq.
Dillərdə gəzmək (dolaşmaq) – 1) bax dillərə düşmək;
2) camaat arasında danışılmaq, şayiə yayılmaq.
Dillərdə söylənmək – bax dillərə düşmək.
Dillərə düşmək – məşhur olmaq, yayılmaq, haqqında hamı tərəfindən danışılmaq.
Nə dil bilsin, nə dodaq – tamamilə gizli saxlanmalı söhbət, sirr haqqında.
Ölü dil dilç. – indiki dövrdə işlənilməyən, ancaq yazılı abidələrdə qalan dil. Latın dili ölü dildir.
Sümüksüz dil – ağzına gələni danışan adam haqqında.
Ümumi dil – qarşılıqlı razılıq, anlaşma. Ümumi dil tapmaq.
DİL nədir? – DİL nedir? – DİL sözünün mənası – DİL sozunun menasi – DİL nə deməkdir? – DİL ne demekdir? – DİL sözünün izahı – DİL sozunun izahi – DİL sözünün istifadəsi – DİL sozunun istifadesi