DİL-AĞIZ
□ Dil-ağız etmək (eləmək) – üzrxahlıq mahiyyətində xoş sözlər söyləmək, yaxud xoş sözlər söyləyərək mehribanlıq göstərmək.
◊ Dil-ağıza salmaq – 1) hamıya yaymaq, bildirmək;
2) pisinə danışmaq.
Dildə-ağızda gəzmək – bax dilə-ağıza düşmək.
Dildən-ağızdan düşmək (olmaq) – bax dildən düşmək (“dil1”də).
Dilə-ağıza düşmək – 1) yayılmaq, şöhrətlənmək, dillər əzbəri olmaq.
2) pisinə danışılmaq, pis cəhətdən məşhur olmaq.
Dili(n)-ağzı(n) qurusun! – bax dili qurumaq 2-ci mənada (“dil1”də).
Dili-ağzı qurumaq – bax dili qurumaq (“dil1”də).
Dili-ağzı tutulmaq – nitqi tutulmaq, danışa bilməmək.
Dilini-ağzını bağlamaq – bax dilini bağlamaq (“dil1”də).
DİL-AĞIZ nədir? – DİL-AĞIZ nedir? – DİL-AĞIZ sözünün mənası – DİL-AĞIZ sozunun menasi – DİL-AĞIZ nə deməkdir? – DİL-AĞIZ ne demekdir? – DİL-AĞIZ sözünün izahı – DİL-AĞIZ sozunun izahi – DİL-AĞIZ sözünün istifadəsi – DİL-AĞIZ sozunun istifadesi